Xezertv.az xəbər verir ki, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və İdarə Heyəti Sabirabad rayonuna səfər edib. Səfər zamanı 44 günlük haqq savaşında sona qədər döyüşən, Şuşa döyüşləri zamanı yaralanan "Mauqli" ləqəbli qəhrəman döyüşçü, faciəvi şəkildə dünyasını dəyişən Elvin Cəfərovun ailəsi ziyarət olunub. İctimai Birlik sədri ailənin problemləri ilə maraqlanıb, əlaqədar qurumlarla problemlərin həlli istiqamətində danışıqlar aparılıb. Elvin Cəfərovun övladları məktəbli formaları və dərs ləvazimatları ilə təmin edilib və diğər lazımi ehtiyacların alınması üçün əlavə dəstək göstərilib. Qazinin məzarı ziyarət olunub. Təşkilat adından qazinin övladlarına "Zəfər Diplomu" təqdim edilib.