POETİK BİR RUHDA



Vaqif Aslanın Şuşa xatirələri Bişkekdə üç dildə nəşr edilmişdir
Azərbaycan Respublikası Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 29-31 avqust 2021-ci il tarixdə erməni işğalından azad olmuş Şuşada "Vaqif poeziya Günləri"nin keçirilməsi və bu tarixi tədbirdə Respublika Prezidentinin iştirakı ədəbi ictimaiyyətimizin, elm və mədəniyyət xadimlərimizin yaradıcılıq ruhunu daha da yüksəklərə qaldırmışdır. 
Bu möhtəşəm tədbirin iştirakçılarından biri də AYB Şəki bölməsinin sədri Vaqif Aslan olmuşdur. O, Şuşa təəssüratlarını şeirə çevirmiş, insanları, vətən torpağını poetik bir dillə tərənnüm etmişdir.  Səfər təəssüratlarından bəhs edən bu şeirlərlə tanış olduqca vandal düşmənin insanlara və insanlığa, torpağa, daşa, divara, binalara, bir sözlə, Yer üzərində olanlara necə bir soyqırım yapdığına heyrət edirsən.  Öz-özünə:- Bunu insan edə bilərmi?- sualını verirsən. Erməni otun da, ağacın da, suyun da, qonşular arasındakı səmimiyyətin də, etibarın, sədaqətin də düşməni imiş. 
Qarşısına çıxan adama ağına-bozuna baxmadan " hayes, türkeş" sualını verən erməninin silueti dağıdılmıs və yerlə yeksan edilmiş divarların çat yerlərindən necə də qorxunc görünür.
Otuz ildən sonra evinin bünövrə daşları ilə sanki dialoqa girən Əzizə xanım yurdu talan edilən milyonlardan biri deyilmi? 
Atasının məzarını elə hey axtarsa da, tapa bilməyən Əli müəllimin dərdini kimə deyək? Bu dərdi ancaq türkə, türkə demək olar.  
Vaqif Aslan bu dərdi üzünü ulu türk dünyasına tutaraq söyləyir. 
Zəfər yolu ilə gəlib Şuşaya çatan şairin qürur və inamla dolu, ağrı və acısına şeirləri ilə məlhəm olduğu torpağa oxuduğu nəğmələrə siz də qoşulun, əziz oxucular.
Vaqif Aslanın Şuşada qələmə aldığı  həmin şeirlər "Şuşadakı duyğular" adı altında Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan, özbək və türk dillərində Bişkekdə kitab şəklində nəşr edilmişdir. Şeirləri özbək dilinə Gülzira Şaripova, türk dilinə Yusif Aslan tərcümə etmişdir. Kitab, Bişkekdə və İssık Kulda keçiriləcəyi nəzərdə tutulan "İssık Kul - türkün inci dünyası" adlı bir mahnının festivalında oxuculara təqdim olunacaqdır. 
Qeyd edək ki festivalda Leyla xanım Əliyevanın İssık Kula həsr etdiyi şeirin sözlərinə  yazılmış mahnı Dünyanın ondan çox dilində və tanınmış müğənnilərin ifasında səslənəcəkdir. 
Xatırladaq ki mahnı Qırğızıstan Dövlət Teleradio kompaniyasının qızıl fonduna daxil edilmişdir.

  • Нравится
  • 0
Şou Biznes