Yavər Şıxaliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
- 22.06.2021, 11:09,
- Cəmiyyət
- Baxılıb: 376
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxaliyev - “Dəmir Yumruq” əməliyyatı ilə Zəfər tariximizə yazılan Böyük Qələbə güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Xalq – Prezident - Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, tarixi torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıdı. “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki , bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək”.- cənab Prezidentin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamamilə məhv edilmiş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. Şuşanın azad olunması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi. İşğaldan azad olunmuş torpaqlarımızda mədəni irsimizin bərpası istiqamətində əsaslı layihələr həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı həm də tarixi torpaqlarımızın, ənənələrimizin bərpasını da əhatə edir. Prezidentimizin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani göstəricisidir. Tarixin sınağından çıxmış Türkiyə- Azərbaycan qardaşlığı Şuşa Bəyannaməsinin imzalanması ilə tarixi köklərini bundan sonrakı minilliklərdə də regional sülh, sabitlik və rifah üçün möhkəmləndirəcəyini sübut etdi. Təsadüfi deyil ki, Şuşa şəhəri təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınacaq. Biz inanırıq ki, bu qardaşlıq əbədi olacaq. Nəticəsi olaraq tarixi torpaqlarımız öz cənnətini yaşayacaq. Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxaliyevdir.
Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxaliyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Yavər Şıxaliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Yavər Şıxaliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Prezident İlham Əliyevdən nümunə götürən Yavər Şıxaliyevin böyüklüyü onun sadəliyində və pasientlərə insani münasibətindədi!
Yavər Şıxaliyev pasientlərə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və rəhbərliyin inamını artırır!
Yavər Şıxaliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı şəhər 1 saylı Vərəm Dispanseri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
**********************
“1950-ci illərin əvvəllərinədək vərəm xəstəliyi tam sağala bilməyən xəstəliklər siyahısında idi. Son 50-60 ildə isə elmi təbabətin sürətli inkişafı sayəsində bu xəstəliyə yoluxanların 95 faizə qədəri müasir müalicə üsulları ilə tam sağala bilir. Yerdə qalan 5 faizində isə tam sağalma mümkün olmur. Bunun isə səbəbləri çoxdur: yoxsulluq, normal qidalanmamaq, dərman təminatının yetərli olmaması, xəstənin həkim məsləhətinə ciddi əməl etməməsi, stiqma...”
1 saylı Vərəm Dispanserinin baş həkimi, professor Yavər Şıxəliyevin sadaladığı bu səbəblər Azərbaycan üçün də xarakterikdir. Onun sözlərinə görə, bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburidir. Ancaq vərəm daşıyıcısı olan xəstələr əksər hallarda ətrafdakıların ona münasibətinin dəyişəcəyindən qorxaraq xəstəliyini gizlətməyə çalışır. Bu isə nəticə etibarilə vərəmli xəstələrin qeydiyyatdan və həkim nəzarətindən yayınmasına gətirib çıxarır: “Bu, həmin xəstələr və onların yaxınları üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Ona görə də belə xəstələr heç nədən çəkinməməli, vaxtlı-vaxtında həkimə müraciət etməlidir”
1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev isə bildirir ki, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburi qaydada həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda vərəmli xəstələr ümumi mərkəzləşmiş qaydada pulsuz ərzaq məhsulları ilə təmin olunur, stasionarlarda pulsuz şəkildə müalicə edilir, dərmanlar pulsuz verilir: “Vərəmli xəstələr üçün dərmanların satışı yığışdırılıb və dərmanları vərəm dispanserləri verir”.
P.S. Bəzi saytlarda "1 saylı Vərəm Dispanserində rüşvət xəstəliyi" başlıqlı yazılar dərc olunub. Araşdırma zamanı ortaya çıxdı ki, mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq düz deyil? Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi Yavər Şıxaliyevin nüfuzuna xələl gətirməyə çalışan və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq 1 saylı Vərəm Dispanserini nüfuzdan salmağa çalışırlar. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Yavər Şıxaliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.