Rafiq Tağıyev: Azərbaycanın can parçası olan Qarabağ əsl sahiblərinə qovuşdu



Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatının direktoru Rafiq Tağıyev - İllər idi hər bir azərbaycanlının qəlbində bir dərd vardı – Qarabağ dərdi. Şuşa, Laçın, Ağdam, Füzuli, Kəlbəcər və s. işğal altında olan torpaqlarımızın həsrət yarası. Nəhayət gün gəldi. Cənab Ali Baş Komandanın əmrinə əsasən müzəffər ordumuz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bu həsrətə son qoydu. Azərbaycanın can parçası olan Qarabağ, erməni işğalçılarının tapdağında əsir qalan torpaqlarımız əsl sahiblərinə qovuşdu.

28 ildən sonra Qarabağın gözü, Azərbaycanın musiqi beşiyi olan Şuşadan Üzeyirin nəfəsi, Xurşudbanu Natəvanın şeiri, Bülbülün, Seyidin, Xanın, Cabbarın səsi duyuldu. Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkəmizin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif poeziya günləri və Xarıbülbül festivalı da bərpa olundu. Xarıbülbül musiqi festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Xarıbülbül beynəlxalq musiqi festivalı məşhur Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İtaliya və s.ölkələrin və SSRİ respublikasının iştirakı ilə keçirilib.

Neçə illər idi ki, Şuşa şəhərinin işğal olunması səbəbindən bu festival keçirilmirdi və nəhayət 2021-ci il may ayının 12-si və 13-də Şuşa şəhəri Ermənistan işğalından azad olunandan sonra ilk dəfə Xarıbülbül festivalı keçirilmişdir.

Əfsanəvi Xarıbülbül gülü təbiətin bir möcüzəsi, Şuşanın rəmzidir. Qarabağda bu gülün şöhrəti elə səs salıb ki, onun şəninə festivallar təşkil olunub. Yenidən iki gün ərzində keçirilən festivalda ölkəmizin incəsənət xadimlərinin çıxışı ilə möhtəşəm konsert proqramı xalqımıza təqdim olundu. Festivalda Azərbaycanda yaşayan xalqların folklor ansanbllarının çıxışı baş tutdu. Festivalda muğamlarımızla yanaşı bəstərkar mahnıları da musiqiçilərimizin repertuarında yer almışdır. Şuşanın dağı, dərəsi, meşəsi, gülü-çiçəyi Azərbaycan musiqisi ilə qidalandı.

Tədbirin ikinci günü Ramazan bayramına təsadüf etdiyindən 29 ildən sonra Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Vətən üçün canından keçən hər bir şəhid oğullarımız üçün Allahdan rəhmət diləndi, qazilərimizə, xalqımıza dualar oxundu.

Azadlığın mübarək Qarabağ!
  • Нравится
  • 0
  • Twkutd
  • 26-11-2022, 01:39
  • : 01:39
levofloxacin without prescription buy levaquin 250mg pills
действия
Şou Biznes