21-Cİ ƏSRİN MÜBARİZLƏRİ
- 29.11.2020, 22:31,
- Cəmiyyət / Gündəm
- Baxılıb: 1 101
Facebook
Вконтакте
Одноклассники
Google+
DİRİ ŞƏHİDLƏRİMİZ
Əli Nağıyev Daşkəsənli.
08.03.1962 - ci il'də Daşkəsəndə doğulmuşdur. 1979 - cu il'də Gəncə Politexnik Texnikomunun Avtomobil İstismarı Fakültəsinə daxil olub. Moskva şəhərində iş birliyi quracağı ilə çalışdığı müddətdə Moskvada Noviy Rasiski Unveristetin, Yuristiçeski fakultetini bitirmişdir.
Ailəlidir. Bir oğul, bir qız Atasıdır. Gəncədə Füzuli adına Sovxozda Baş mühəndis vəzifəsində çalışıb. 1984 - cu il'də Daşkəsən Rayon Sovetinin Deputatı olub. 1986 - cı il'də Rayon Hərbi Komissarlıq çağırılmasına əsasən Çernobıl Qəzasında Ukrayna ilə Belarusiya arasında qəzanı aradan qaldırmasında iştirak etmiş.1987 - ci il'də öz müraciəti ilə Polis sıralarına qəbul etmək üçün xahiş etmişdir. Polis sıralarında müxtəlif vəzifələrdə çalışmışdır.
Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərmiş Murovda, Daşaltında, Tərtərdə, Gədəbəyin Baş kəndinin Erməni quldurlarının təmizlənməsində əməliyyat qurupunda vuruşaraq Rayon Polis şöbəsində Polis Rəisi Palkovnik Xuduyev Bilman tərəfindən mükafatla təltif olunmuşdur. Tabeçiliyində olduğu insanlardan həmişə Fəxri Fərmanlarla təltif olunub. Anasına, Atasına Tabeçiliyində olduğu insana Vətənə, Dosta və Xalqına sadiq olub. Mərhum Heydər Əliyev Əlirıza oğlu atəşkəs əmrini vermisdi.
Qarabağ Qazisi. Hal - hazırda təqaüdçüdür:
Sahibkarlıqla məşğul oluram. Çox çətinliklər görmüşəm bu Dunyada. Ağılın olması, dərrakəli olmaq zəhmət tələb edir.
Zəhmətsiz insan, insan olmaz. Zəhmətkeş olmaq üçün zəhmət gərəkdir. Əziyyət çəkəsən ki, gərək bəhrəsini də görəsən.
Ana - Ata, Vətən - Bayraq, İgid - oğul, Əsgər - Kişi sözü "PAPAQ" kimi şe'irlərim və hekayələrim var.
Anam rəhmətə gedəndə, mən Əsgərlikdə olmuşam. Qardaşlarım dəyib ki, Ana qoy, Oğlun gəlsin.
Anam dəyib ki,,,
-- Əsgəri yerindən tərpətmək olmaz. Əsgər Vətənin xidmətində, Vətənin kesiyindədir. Çünki, Vətənə qulluq edə bilməz.
Anam vəsiyyət edib ki, mənim 5* Ulduz Qızıl həriflərlə yazılan medalımı oğlum Əliyə verərsiniz. Həmin 5* ulduzlu Qızıl Medal indidə məndədir. Hər gün Anam, ürəyimdə, qəlbimdədir. On bir uşaq olmuşuq, mən isə son beşik olmuşam. Son beşik övlad olduğum üçün gərək, mənə xəbər edərdilər, Anamın son nəfəsinə çatardım.
İndi, tək qalmışam Ana, az qalıb, məşvərətdə görüşərik, Ana. Yolumu gözlə mənim. Son beşiyini Qara zurnayla, saz köklədib, Analar laylası çaldır ay Ana. Çünki, səngərlərdə yatan əsgərlərin Anası mənim Anamdır. Əli Nağıyev Daşkəsənli.
Azərbaycan, Türkiyə, Pakistan mənim döyünən ürəyimdir. Əsgər andı, Ana - Vətən, Torpaq - Bayraq, "PAPAQ" Kişi sözüdür. Qeyrət rəmzidir. And verirəm ağlama Ana Şəhid Anası ağlamaz. Şəhid qanı yerdə qalmaz. Şəhidlərin Anası Mənim Anamdır. Ağlasan hönkür - hönkür içimdə ağlaram. Şəhid Anasına etdiyim hörmətimi, olan sevgimi, məhəbbətimi heç nə ilə ifadə edə bilmirəm.
Qarabağ Azərbaycan’dır. Şəhidlərimizin qanları tökülən məkanda sübut etdilər. Üçrəngli Bayrağını Şuşadan dalğalandırdılar. Bayrağımızı Bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa Vətəndir. Allah Şəhidlərmizə rəhmət eləsin, Əzizlərinə baş sağlığı, verirəm. Vətən başın sağ olsun !
Qarabağ Qazisi də, Vətən müharibəsinin iştirakçısıda, canlı Şəhidlərimizdir. Diri Şəhidlərimizdir. Onlarda, od - alovun içindən, güllə - boranın tüstündən gözlərilə görən, canlarından, qanlarından keçən canlı Şəhidlərdir.
Bir Xalq olaraq, hər zaman mübariz olmuşuq. Mübariz haqqın, məngənəsindən ədalətə qalib olmağın təntənəsidir. Mübariz olmaq üçün mübarizə aparan Mübarizlər məhz ürəklərində şəffaflıq, mərhəmət sahibi, Vətən sevgisi, insaniyyətliyin "Bariz" nümunəsi olduğu halda hər bir önəmi olan haqsızlığa səssiz qalmamasıdır və mücadiləsi davam etdirmək üçün təqdirəlayiq mübariz olmalıdır. Gələcək nəsillərə ötürəcəklər haqq və ədalət mühakiməsinin səmərəli maraqlarını. Mübariz Qurban oğlu Mənsimov'a Azadlıq !