"Salyan-Avtovağzal”ında külli miqdarda vergidən yayınma iddiası məhkəmədə

"Salyan-Avtovağzal”ında külli miqdarda vergidən yayınma iddiası məhkəmədə


"Salyan-Avtovağzal” ASC-nin vəzifəli şəxsləri külli miqdarda vergidən yayınmadan və gəlirlərin gizlədilməsində günahlandırılır.

Artıq iş üzrə materailların Salyan Rayon Məhkəməsinə göndirildiyi və hazırlıq prosesinin keçirildiyi bildirilir.

Məsələni Salyan Rayon Məhkəməsindən Arqument.Az-a təsdiqləyiblər.

Məlumata görə, ASC-nin payçılarından biri vergidənyayınma ilə bağlı iddia qaldırıb və artıq ilk proses keçirilib.

İddianı ASC-də payıçılarından biri qaldırıb. Onun iddia tələbində gəlirlərin gizlədilməsi əksini tapıb.

İddiaçı tərəfin vəkili Azər Rəsulov Arqument.Az-a deyib ki, iddia tələbindən iki aydan çox keçməsinə baxmayaraq, proses ölü nöqtədən tərpənmir, hələ ki faktların araşdırılmasına başlanılmayıb.

İddiaçı tərəf qeyd edir ki, cavabdeh tərəf heç bir əsas olmadan qarşılıqlı iddia ilə çıxış edib, hakim isə heç bir müzakirəsiz və əsassız olaraq iddianı qəbul edib: "Əsas iddianı müzakirəsinə başlanılmasa da, qarşılıqlı iddianı qəbil edib və məhkəməni fevralın 26-na qədər təxirə salıb. Halbuki bu gün iddiaçı tərəfi dinləyib məhkəmənin sürətlənməsi üçün müəyyən faktların araşdırılmasına başlaya bilərdi. Prosesi izləyib əlavə məlumatlar verəcəyik", - o bildirib.

"Salyan-Avtovağzal” ASC-dən isə bildiriblər ki, iş hazırda məhkəmədir və əlavə məlumat verilmir.
Şou Biznes