“Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov- Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.
Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.
2004-cü ildən Xaliq Faiqoğlu adı ilə şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyətə başlayan şirkət, 2013-cü ildən fəaliyyət sahələrini genişləndirərək SAFA Holdinq brendi altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün şirkət sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq / istirahət mərkəzi, qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı sahəsində fəaliyyət göstərir. Safa Holding qısa müddət ərzində ölkənin dinamik inkişaf edən, aparıcı şirkətlərindən birinə çevrilmişdir. Şirkətin qarşısında duran əsas məqsəd müasir iqtisadiyyatın inkişafında yaxından iştirak etmək,müştərilərə və tərəfdaşlara yüksək səviyyəli, müasir xidmətlərin göstərilməsidir. Bu gün SAFA Holdinq respublika daxilində və xaricində nüfuzlu şirkətlər, maliyyə qurumları və holdinglərlə sıx əməkdaşlıq edərək, beynəlxalq əlaqələrin genişləndirilməsinə böyük önəm verir.
Şirkətin təməl dəyərləri:- Milli-mənəvi dəyərlərə hörmət
- Şəffaflıq
- Güvən
- Keyfiyyətli xidmət
- İnsana hörmət
Missiyamız:Biznes prinsiplərinə sadiq, müştəri və tərəfdaşların etimadını qoruyan, hədəflərini hər gün yüksəldən, cəmiyyət və dövlətimizə sadiq şəffaf və güvənli şirkət olmaq.
Vizyonumuz:Fəaliyyət göstərdiyi sahələrdə uğurları, etibarı və keyfiyyəti ilə dünyaya açılan bir Azərbaycan brendi olmaq.
Həyata keçirilən islahatlar nəqliyyat sektorunun, xüsusilə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərib. İctimai nəqliyyatda yeni inkişaf mərhələsinin başlanğıcı olaraq Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə daha çevik və optimal idarəetmə formasının tətbiqini vurğulamaq yerinə düşər. Sahibkarlığın inkişafının dövlətimizin iqtisadi siyasətinin prioriteti kimi müəyyən edilməsi 2003-cü ildə qurulan və hazırda mülkiyyətində 300-dək nəqliyyat vasitəsi olan “Xaliq Faiqoğlu” şirkətinin müasirləşməsi və inkişafında əhəmiyyətli rol oynayıb.
Bakı şəhərində müntəzəm sərnişindaşıma işinin təşkilində və həyata keçirilməsində fəal iştirak edən və nümunəvi fəaliyyəti ilə seçilən “Xaliq Faiqoğlu” şirkəti 2015-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2015-ci ildən etibarən “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının ən müasir tələblərə cavab verən, “Avro-5” və “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə başlayıb. Ötən dövr ərzində şirkətimiz ümumilikdə 117 ədəd müasir tələblərə cavab verən “Isuzu” və “BMC” markalı avtobusun alınması layihələrini uğurla başa çatdırıb. Şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 4 il ərzində 37 milyon manatdan çox investisiya yatırıb. Belə ki, şirkət “Paşa Bank”, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Eximbank Türkiye” kimi nüfuzlu bank və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib ki, bu da şirkət tərəfindən ölkəyə xarici investisiyanın yatırılması baxımından ölkə iqtisadiyyatına əlavə töhfə olub.
2016-cı ilin sentyabrın 1-dən isə şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb və yaxın vaxtlarda 100-dək digər avtobusda da elektron ödəniş qurğularının quraşdırılması planlaşdırılır. Onu da bildirmək istəyirəm ki, “Xaliq Faiqoğlu” şirkəti iri vergiödəyicisi kimi vergi ödəyiciləri arasında öz yerini tutub. Sınaq məqsədi ilə CNG yanacağı ilə çalışan və AVR0-6 standartlarına cavab verən "İsuzu Citiport CNG" markalı avtobus paytaxtımıza gətirilərək sərnişinlərimizin xidmətinə verilmişdir.
Son illərdə Azərbaycanda qeydə alınan iqtisadi göstəricilər Prezident İlham Əliyevin təyin etdiyi iqtisadi siyasət xəttinin məntiqi nəticəsi kimi qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artdığını və bu faizin ilbəil yüksəldiyini göstərir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmində özəl sektorun payının artması ölkə iqtisadiyyatındakı şaxələnməni və bu tendensiyanın dərinləşməsini təmin edir. “Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl şirkət olaraq daim dövlətimizin və Prezident İlham Əliyevin özəl sektora verdiyi əhəmiyyəti, diqqəti hiss edib. Şirkət bundan sonrakı dövrdə də dövlət rəhbərliyimizin etimadını doğrultmaq, fəaliyyət göstərdiyi sahədə qabaqcıllığını qorumaq və yeni-yeni uğurlar əldə etmək üçün var gücü ilə çalışacaq, yeni layihələr həyata keçirəcək. Dövlətimizin başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı bizim üçün qürur mənbəyidir. Bizim təminatımız dövlətimiz və onun sahibkarlara verdiyi dəstəkdir.