Rüxsarə xanım Əliyeva: Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır



Xırdalan şəhər Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru  Rüxsarə xanım Əliyeva  - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.


Bu gün təhsilimizin inkişafına dəyərli töhfələrini bəxş edən elə təhsil ocaqları var ki, onların fəaliyyətlərini, eyni zamanda bu sahənin inkişafı yöndə atdıqları addımların əhəmiyyətıni heç nə ilə müqayisə etmək olmaz. Belə təhsi ocaqlarından biri də, Xırdalan şəhərindəki Bakı İqtisadiyyat və Humanitar Kollecidir. Artıq neçə illərdir ki, təhsil sahəsində zəngin və təcrübəli iş fəaliyyəti ilə ad çıxaran Rüxsarə xanım Əliyevanın bu təhsil ocağına rəhbərlik etməsi, qeyd olunan sahənin saysız-hesabsız uğurlara qovuşmasına səbəb olmuşdur. Bu təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə dərsliklərin tədrisi, davamiyyətin günün tələblərinə cavab verməsi, dərs saatlarında şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin yaradılması və s. Xırdalan şəhər Bakı İqtisadiyyat və Humanitar Kolleci rəhbərliyin iş fəaliyyətini müəyyən etməyə imkan verir. Müxtəlif sinif otaqlarında quraşdırılan kompüterlərdə ixtisas fənləri üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadə olunma da, artıq öz bəhrəsini verməkdədir.

Bir faktı da qeyd edək ki, hal-hazırda təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə şərəfli yükün daşıyıcısına çevrilən evdə fərdi təhsil mərkəzin yeni-yeni uğurlara sahib çıxması, məhz ümumi inkişafımızı şərtləndirən səbəblərdəndir. Çünki, adı çəkilən təhsil müəssisəsinin direktoru çox hörmətli Rüxsarə xanımın peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəricisi, savadlı və peşəkar müəllimləri öz ətrafında birləşdirə bilmək bacarığı, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s, olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Bütün bunların da əsasında, məhz yuxarıda qeyd etdiyimiz kimi Rüxsarə xanım Əliyevanın öz üzərinə düşən vəzifəsini yüksək professionallıqla həyata keçirməsi durur. Onu tanıyan hər kəs bilir ki, evdə fərdi təhsil mərkəzin direktoru Vətəni, dövləti və xalqı uğrunda əzmlə çalışan bir xanımdır.
Bəli, bu gün o, öz xoşbəxtliyini, səadətini Vətəninə, xalqına ləyaqətlə xidmətdə görür və özünün işgüzarlığı ilə də, nəinki Xırdalan şəhərində, hətta ətraf şəhər və rayonlarda da tanınır. Rüxsarə xanım ulu öndər Heydər Əliyevin siyasi kursuna hər zaman sadiq olan simalardan biridir. O, heç bir təmanna güdmədən, vəzifədə olub-olmamasına fərq qoymadan belə, daim prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyiə xidəmət etməyi özü üçün qürur bilir. Belə bir səbəblər üzündəndir ki, heç bir qüvvə heç zaman Rüsxarə xanım Əliyevanı tutduğu yolundan döndərə bilməz. Bəli, o, özünün idealı hesab etdiyi ulu öndər Heydər Əliyev kimi, layiqli və ləyaqətli insanlara dəyər verməkdən xüsusi zövq alır. Bütün bunların da kökündə, onun yüksək elmi savada və xüsusi qabiliyyətə malik olmasıdır. Rüxsarə xanım rəhbərlik etdiyi təhsil müəssisəsində hər bir şagirdə, müəllim kollektivinə, bir sözlə hər kəsə olduqca diqqət və qayğı ilə yanaşır. Atdığı addımların nəticəsidir ki, bugün rəhbərlik etdiyi kollektiv üzvünün hər birinin dövlətimizə, cənab Prezidentimizə inamları artmaqdadır.


Bütün bunlar onu söyləməyə əsas verir ki, Rüxsarə xanım başda olmaqla Xırdalan şəhər Bakı İqtisadiyyat və Humanitar Kollecin işgüzar kollektivi, bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, gənc nəslin təlim-tərbiyyəsində, gələcək həyata hazırlanmasında mümkün imkanlarından lazımınca istifadə edəcəklər.
 
Şou Biznes