Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.
Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.
Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.
Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.
Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin."Bravo” supermarketlər şəbəkəsi Şəkidə tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə yardım edib
Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Şəkidə həyata keçirilən xeyriyyə aksiyası davam etdirilir.
DSMF-nin Şəki Şəhər Şöbəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən 437 nəfər tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə ərzaq yardımı paylanılıb.
Şəkidə karantin rejimi şəraitində tədbirlər davam etdirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən Şəki şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha ahıl sakinlərə və aztəminatlı ailələrə yardımlar göstərilir.
Aprelin 17-də şəhər ərazisində yerləşən 47 ictimai yaşayış binasında Şəki Mənzil İstismar Sahəsi tərəfindən dezinfeksiya işləri aparılıb. Eyni zamanda Şəki GEM tərəfindən bir sıra müəssisə və təşkilatın inzibati binasında, şəhər ərazisində yerləşən bankomatlarda dezinfeksiyaedici tədbirlər görülüb. Dezinfeksiya işləri, həmçinin, kənd və qəsəbələrdə aparılıb.
Sosial təcrid şəraitində yardımlar da davam etdirilib. Bu günə kimi, şəhər icra hakimiyyəti, ictimai birliklər, hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Şəki rayonunda Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Rayonun Aşağı Kəldək-Aşağı Daşağıl-Aydınbulaq-Əliyar-Şirinbulaq-Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28,1 kilometrdir. Bunlar respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü kilometrindən ayrılan və 18 kilometr uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10,1 kilometr olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.
Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdı. Üstəlik bir çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Buna görə də torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdı. Bundan başqa yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyacı nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolboyu təxirəsalınmaz tədbirlərin icrasına başlayıb. Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda, atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə “U” şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kadratmetrə yaxındır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi nəzərdə tutulur. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 44 yol birləşməsinin təmiri işlərinə başlanılacaq.
Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihədə nazərdə tutulmuş işlərdəndir. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 3 mindən çox əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
Şəkidə pandemiyaya qarşı mübarizə ilə əlaqədar işlər davam etdirilir
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə Şəkidə əhali arasında müntəzəm olaraq maarifləndirmə işləri aparılır, aidiyyəti qurumlar tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına ciddi nəzarət edilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərinin prospekt və küçələrində, çoxmənzilli yaşayış binalarında, müəssisə və təşkilatların inzibati binalarında, həmçinin rayonun digər yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır. Yaşı 65-dən yuxarı olan kimsəsiz insanların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır. Rayonda yaşayan imkansız ailələrə zəruri ərzaq yardımları göstərilir.
Şəhər ərazisində fəaliyyət göstərən poçt şöbəsinin, bankların və bankomatların qarşısında növbədə dayanan vətəndaşlar tərəfindən ara məsafəsinin saxlanılmasına xüsusi nəzarət olunur.
Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu Şəkidə keçirilən sosial aksiyaya qoşuldu
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu tərəfindən Şəkidə 200 aztəminatlı ailəyə və imkansız şəxslərə ərzaq bağlamaları paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.