AZƏRBSYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARI ' KORONAVİRUS PANDEMİYA ' YOLUXUCULUQ XƏSTƏYİLİN YAYILMASININ QARŞISININ ALINMASINDA ' EVDƏ QAL' AKSİYASINA İMZA ATDI.
BU CAGIRIŞA ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏ CUMA OĞLU DA DƏSTƏK OLMUŞDUR Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə Cuma Oğlu 'Cimcimax ' kəndinin sakinləri ilə görüşüb, vətəndaşlarla görüş zamanı 'Evdə Qal' aksiyası ilə silsilə tədbirlər keçirmişdir.
Zaqatala rayon mərkəzində aztəminatlı ailələrə 65 - dən yuxarı olan yaşlılara, fiziki qüsurlu olan xəstələrə, ehtiyacı olan insanlara xüsusi qayğı göstərmişlər.
Aksiyaya qatılmış Fondun direktoru Gülbəniz Bayramovun iştirakı ilə ' İctimai Dəstək ' Fondu Zaqatalada “Əlillərə və Aztəminatlı Ailələrə 500 ailəyə ərzaq yardımı etmişdir.
Ölkəmizdə gedən sosial - iqtisadi inkişafından bütün regionlarında əhəmiyyət kəsb edən davamlı şəkildə yardımlar evlərə göndərilir və ərzaq ilə təmin edirlər.
' Koronavirus Pandemiya ' yoluxucu virus bütün ölkələrdə oldugu kimi, bizdəndə yan keçməmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları apardıgı ugurlu siyasəti dəstəkləyərək 'Evdə Qal' aksiyasının rejiminin qaydaları sosial - iqtisadi inkişafı planlı şəkildə əks etdirmiş və onlara mənəvi olaraq dəstək olmaqdadır.
' Koronavirus Pandemiya' qarşı mübarizə tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimləri sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan canlı konsert veriblər. Tanınmış qarmon ifaçısı Sahib Abdurahmanovun, gənc musiqiçilər Şahov Abdurahmanov, Əfqan Hudulov, Vüsal İbrahimov və Müqəddəs Yekəyevin iştirak etdiyi konsertin təşkilində məqsəd karantin dövründə 'Evdə qal' aksiyasına rəgmən sakinlərdə ruh yüksəkliyi yaratmaq və onlarla insanlara mənəvi dəstək olmaqla yanaşı asudə vaxtlarını səmərəli keçirməkdir.
" Evdə Mədəniyyətimizi Yaşadaq ” və Mədəniyyət Birlikdir” Layihələri çərçivəsində aprelin 10 - da axşam saatlarında çox mənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilmişdir. Konsert zamanı musiqiçilər bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim etmişlər.
Zaqatalanın sakinləri tərəfindən Konsert proqramı böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanmışdır.
Bu çətin yolda, hər birimiz bir olaraqsa, biz birlikdə güclü olarıq.
Dövlətimizə və Dövlətçiliyimizə dəstək olaraq biz birlikdə güclüyük.