Zaqatala rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır. 

Zaqatalalı musiqiçilər eyvandan canlı konsert veriblər



Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimləri sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan canlı konsert veriblər. Tanınmış qarmon ifaçısı Sahib Abdurahmanovun, gənc musiqiçilər Şahov Abdurahmanov, Əfqan Hudulov, Vüsal İbrahimov və Müqəddəs Yekəyevin iştirak etdiyi konsertin təşkilində məqsəd karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaqdır.
“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində aprelin 10-da axşam saatlarında Zaqatala şəhərinin Sülh küçəsində yerləşən çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilən konsert zamanı musiqiçilər ətrafdakı binaların sakinlərinə milli oyun havalarımızı, bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim ediblər.
Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.





“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu Zaqatalada 500 ailəyə ərzaq yardımı edib


“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, aztəminatlı ailələrə, əlil və tənha vətəndaşlara kömək məqsədilə Zaqatala rayonunda ərzaq yardımı kampaniyası keçirib.
Aksiya çərçivəsində Fondun direktoru Gülbəniz Bayramovanın iştirakı ilə Zaqatala rayonunda 500 aztəminatlı ailəyə, əlil və köməyə ehtiyacı olan şəxslərə ərzaq bağlamaları paylanılıb. Qurum tərəfindən, həmçinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinə əlcək və həkim papağı da verilib.





Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir


Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Zaqatalada təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə aprelin 5-dən etibarən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə, xəstə və ahıl insanlara rayonda fəaliyyət göstərən “Çörək və qənnadı məmulatları” müəssisəsində istehsal olunan çörək məmulatlarının pulsuz paylanılmasına başlanılıb. Sosial aksiya növbəti günlərdə də davam etdiriləcək.









İcra Hakimiyyətinin təşəbbüsü ilə kücələrdə vətəndaşlara maska paylanıldı


Zaqatala Rayon İcra Hakimiyyətinin başçıcı Mübariz Əhmədzadənin təşəbbüsü və dəstəyi ilə rayon ərazisində ehtiyacı olan aztəminatlı ailələrə, habelə küçə və meydanlarda qoruyucu maskalardan istifadə etməyən insanları maskalarla təmin etmək, son günlərdə yaranmış maska çatışmamazlığına qismən də olsa aradan qaldırmaq məqsədi ilə rayonda fəaliyyət göstərən Peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustası Babayeva Bənövşə, ixtisas müəllimləri Filmanova Nəfisət və Mustafayeva Səadət tərəfindən maskaların tikilməsinə başlanılmışdır.
Gün ərzində 1000-1500 ədəd maskanın tikilməsi və ictimaiyyətə çatdırılması nəzərdə tutulmuşdur




Şou Biznes