Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Balakən RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət xanım Rüstəmovadır.
Balakən RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət xanım Rüstəmova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Nəzakət xanım Rüstəmova bu işin müqəddəsliyini qoruyub saxlayır. Nəzakət xanım Rüstəmova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Nəzakət xanım Rüstəmovadan danışdılar yaxşı ki, Nəzakət xanım Rüstəmova Balakən RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub… Nəzakət xanım Rüstəmova öz isguzarlığı ilə tanınır və seçilir….
Nəzakət xanım Rüstəmova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Nəzakət xanım Rüstəmovanı heç vaxt əqidəsindən döndərə bilməz.
Nəzakət xanım Rüstəmova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Nəzakət xanım Rüstəmova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Nəzakət xanım Rüstəmova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Rəhbərlikdən nümunə götürən Nəzakət xanım Rüstəmovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Nəzakət xanım Rüstəmova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Balakən RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Balakəndə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Balakən rayonun qəsəbə və kəndlərində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir.
Rayonun ərazisində dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri aparılır, xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin vacibliyi onlara izah olunur.
Xüsusi karantin rejimi dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz şəxslərə, imtiyazlı ailələrə xüsusi diqqət göstərilir.
Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi sahibkarlar, iş adamları, bələdiyyələr, hüquqi şəxslər tərəfindən də dəstəklənir.
16 aprel 2020-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən növbəti aksiyada RİH-nin əməkdaşları, YAP Balakən rayon təşkilatı, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin fəalları və DSMF-nin rayon şöbəsinin sosial xidmət sahəsində çalışan işçiləri tərəfindən aztəminatlı, köməyə ehtiyacı olan, ahıl, tənha vətandaşlara ərzaq sovqatı paylanılıb və onlara virusdan qorunmanın yolları izah edilib.
Bu cür aksiyalar davam etdiriləcəkdir.
GÜNÜMÜZÜN QƏHRƏMANLARIBalakən rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
Tərtib olunan qrafikə uyğun olaraq Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Xüsusi dezinfeksiyaedici məhlullarla gün ərzində çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, inzibati binalar, sərnişin dayanacaqları və marşurut avtobusları, kənd həkim və tibb məntəqələri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb olunub. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib.
Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Bu gün infeksiya ilə mübarizədə öndə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə, xüsusilə Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.