Ceyhun Bayramov yeni rəis təyin etdi

  • 22.09.2020, 13:01,
  • Siyasət
  • Baxılıb: 231
Ceyhun Bayramov yeni rəis təyin etdi


Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

Bunu “Report”un sorğusuna cavab olaraq XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.  

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub. R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib
Şou Biznes