Bu gün "Bizim Lider" qəzetinin baş redaktoru və təsiscisi, yazıçı İradə xanım Qaracallı 47 yaşını qeyd edir




Bu gün "Bizim Lider" qəzetinin baş redaktoru və təsiscisi, yazıçı İradə xanım Qaracallının ad günüdür.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Bizim Lider" qəzetinin baş redaktoru və təsiscisi, yazıçı İradə xanım Qaracallıdır. 

"Bizim Lider" qəzetinin baş redaktoru və təsiscisi, yazıçı İradə xanım Qaracallı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. İradə xanım Qaracallı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.  

İradə xanım Qaracallı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! 

Ona etibar edilən bütün işlərdə İradə xanım Qaracallı özünü doğruldub. Bizdə hörmətli İradə xanım Qaracallını dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.  

 Bu münasibət ilə Beynelxalqinformasiyaagentliyi.az, 102xeber.com və “Məxfi Fikir” qəzetinin Təsisçi və baş redaktoru Ruslan Həsənov  İradə xanım Qaracallını təbrik edir, uzun ömür can sağlığı arzulayır.







Şou Biznes