Alfonsla əlaqəsi olan bacısını öldürdü

  • 10.02.2020, 10:40,
  • Kriminal
  • Baxılıb: 446
Alfonsla əlaqəsi olan bacısını öldürdü


Rusiyanın İnquşetiya Respublikasında qardaş bacısını öldürüb.
Lenta.ru-nun yaydığı xəbərə görə, onun bacısının qadınları özünə cəlb edərək pullarını mənimsəyən İsa Altəmirovla əlaqəsi olub.

Qızın meyiti çoxsaylı bıçaq yaraları ilə Maqas şəhərində yerləşən mənzildən tapılıb.
İstintaq prosesində qardaş bacısını İsa Altəmirovla əlaqəsi olduğu üçün öldürdüyünü etiraf edib.

Məlumata görə, polislər Altəmirovun evinə gələn vaxt qız da həmin evdə olub.

Xatırladaq ki, polislər Altəmirovu tutmaq istəyəndə onun hüquq-mühafizə orqanı əməkdaşlarına atdığı qumbara partlamayıb və o, özünü binanın pəncərəsindən ataraq ölüb.
Şou Biznes