DTX nazirlikdə əməliyyat keçirir — SON DƏQİQƏ - RƏSMİ

  • 08.05.2020, 13:10,
  • Kriminal
  • Baxılıb: 230
DTX nazirlikdə əməliyyat keçirir — SON DƏQİQƏ - RƏSMİ


Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Bununla bağlı DTX məlumat yayıb.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şou Biznes