SON DƏQİQƏ: Bakıda evdə partlayış — Xəsarət alan var

  • 20.04.2020, 14:37,
  • Kriminal
  • Baxılıb: 252
SON DƏQİQƏ: Bakıda evdə partlayış — Xəsarət alan var


Bakıda mənzildə partlayış baş verib.
Apa xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb. Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub. Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev  müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
Şou Biznes