Musa Şəkiliyev: Azərbaycan xalqı Doğma Qarabağa uşaqların gülüş sədalarını qaytaracaq!



Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  -  Əzizinəm Qarabağ
    Şəki, Şirvan Qarabağ
    Aləm cənnətət dönsə
    Yaddan çıxmaz Qarabağ!
   Hər kəsin ürəyində vətən haqqında bir nəğmə var. Gec-tez hamı onu oxumalıdır. Bu nəğmə ən böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da.
  Ən böyük nəğmə həsrət nəğməsidir. Qarabağ – Mənim və bütün Azərbaycan xalqının zildən oxunan mahnısıdır...
Qarabağ aranlı-dağlı bir dünyadır.Günçıxandan günbatana qədər, düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzülüşü adamı heyrətə salır. Elə bil xətkeşlə çəkilib. Bu düzülüşü qocaman qovaqların yollar boyu uzanan sıraları pozur. Sonra birdə görürsənki üfüq dalğalanır.
Azərbaycan təkcə öz təbiəti, havası, suyu ilə deyil, öz qəhrəman oğulları, mərd əhalisi ilə hər zaman seçilmişdir.
Qarabağınıza olan həsrətimiz, intizarımız gündən-günə artır,qələbə yaxınlaşdıqca həsrət daha dözülməz olur sanki. Hər gün içimizdə bir ümid daha da artır, hər gün Qarabağa olan sevgimiz, həsrətimiz daha çox artır.
      Şuşa, Laçın Xocalı qovrulur öz yağında
      Yetmiş yeddi yara var sinələrin dağında
      Vaqif, Şəmşir, Ələsgər düşmənin torpağında
      Dağ yandırır, daş yandırır həsrətim
      Dur ayağa məmləkətim, qalx ayağa millətim!
Qarabağ bizim həm bu günümüz həm də sabahımızdır. Qarabağ bizim həm kədərimiz, həm də sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir!
Qarabağın hər qarış torpağı, dağı, təpəsi,çayı, bulağı, hər bir azərbaycanlı üçün doğmadır, əzizdir.Bu torpaqları mənfur qonşumuz ermənilərdən azad etmək bizim ən müqəddəs borcumuzdur və bu gün məğrur Azərbaycan Ordusu, Azərbaycan əsgəri bu borcu böyük şücaətlə ödəməyə çalışır.
Tarix boyunca Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur.O, Azərbaycanın sələfi Albaniyanın tərkibində yerləşmişdir.Bu səxavətli və qədim torpaqda insanlar mehribancasına yaşamış və çalışmışlar.
Bu gün Azərbaycan xalqının yenidən doğulmasını görürəm! Birləşməsini görürəm. Vahidliyini görürəm.
Bu gün Ali Baş Komandanın əmri ilə ordumuz və xalqımız eyni amal uğrunda mübarizə aparır. Vətən müharibəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqları uğrunda döyüşür. Düşmənin canını alır. Bütün cəbhə boyu hücum həyata keçirir.  Dayanmadan, durmadan düşmənin başına od tökür!
İnanırıq. Ali Baş Komandana, ordumuza, əsgərimizə, bayrağımıza, qırılmaz mübariz ruhumuza inanırıq. Bayrağımıza sarılaraq hamımız bir nəfər kimi inanırıq. Biz Qarabağa dönəcəyik! Mütləq dönəcəyik! Bir yerdə Şuşada qürurdan, sevincdən hönkürtü vurub ağlayacağıq. Biz bunun bədəlini çoxdan ödəmişik! Qanımızla, canımızla ödəmişik. Buna haqqımız var!Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq.
Qarabağ Azərbaycandır və nida!
  • Нравится
  • 0
  • Juzqpm
  • 26-11-2022, 22:04
  • : 22:04
levofloxacin 500mg drug levofloxacin cheap
действия
Şou Biznes