Tramp ABŞ-nin son 111 illik tarixində bir ilkə imza atdı
- 26.08.2025, 12:48,
- Dünya
- Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad etdiyini açıqlayıb.
Bununla da Kuk FED-in 111 illik tarixində ABŞ prezidenti tərəfindən işdən çıxarılan ilk idarə heyətinin üzvü olub.
Tramp FED rəhbərini Kuku bir və ya daha çox ipoteka müqaviləsində yalan ifadələr işlətdiyini əsas gətirərək vəzifəsindən azad etdiyini bəyan edib.