Maduro Trampı hədələdi: "Cəsarət edə bilməz!"

  • 26.08.2025, 11:49,
  • Dünya
  • Baxılıb: 6
Maduro Trampı hədələdi: "Cəsarət edə bilməz!"


Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin Venesuela yaxınlığında Karib dənizinə 3 döyüş gəmisi göndərmə qərarınə sərt reaksiya verərək bəyan edib ki, heç kim Venesuela ərazisinə toxunmağa cəsarət etməməlidir.

 ABŞ-nin narkotiklərlə mübarizə siyasətini tənqid edən Maduronun sözlərinə görə, Ağ Ev narkotiklərə qarşı müharibə elan edibsə, bunu Kolumbiya və Mərkəzi Amerikada bütün narkotik qaçaqmalçılığını idarə edən mafiyalara qarşı öz torpağında açmalıdır. 

“Onlar narkotik ticarətini idarə edən mafiyaların kimlər olduğunu çox yaxşı bilirlər”, - Maduro bəyan edib. 

Madura əlavə edib ki, ABŞ zamanında terror bəhanəsi ilə Əfqanıstan, İraq və Liviyaya müdaxilə etdi: “İndi bizi narkotik qaçaqmalçılığında günahlandırırlar.  Onlara deyirəm ki, Venesuela əraziləri təmizdir və narkotik qaçqamalçılığı ilə  heç bir əlaqəsi yoxdur”.
 
Maduro onu da bildirib ki, ABŞ Karib dənizində hərbi qüvvələr yerləşdirməkdədir, halbuki narkotiklərin əksəriyyəti Sakit Okean vasitəsilə daşınır.

O, sonda bəyan edib ki, bəziləri təhlükənin Venesuelaya yönəldiyini düşünə bilər: “Təhlükə hamımıza yönəlib. Biri təhdid edilirsə, hamı üçün təhlükədir. Birinə toxunsalar, hamıya toxunarlar. Biz haqlıyıq və ideallarımızı müdafiə edirik. Bu gün biz müstəqillik əldə etdikdən sonra ən güclü hərbi gücə sahibik”.
Şou Biznes