İran hərbi müşaviri xəbərdarlıq etdi: “İsrail və ABŞ-la yeni müharibə hər an başlaya bilər”
- 18.08.2025, 15:30,
- Dünya
- Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Ali Rəhbərinin hərbi müşaviri Rəhim Səfavi İranda ABŞ və İsrail ilə münasibətlərdə gərginliyin davam etdiyini bildirib.
Səfavi, ölkəsinin atəşkəs vəziyyətində olmadığını, faktiki olaraq müharibə vəziyyətində olduğunu vurğulayıb:
“Biz atəşkəs vəziyyətində deyilik — biz müharibə vəziyyətindəyik”, — deyə o qeyd edib.
Səfavi əlavə edib ki, İran ilə ABŞ və ya İsrail arasında heç bir protokol, razılaşma və ya razılaşdırılmış mexanizm mövcud deyil.
O, həmçinin bildirib:
“Düşünürəm ki, yeni müharibə baş verə bilər. Və ondan sonra müharibələr artıq olmayacaq".