Qəzzada hücum nəticəsində 5 jurnalist öldü

  • 11.08.2025, 10:29,
  • Dünya
  • Baxılıb: 14
Qəzzada hücum nəticəsində 5 jurnalist öldü


İsrail ordusunun Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücumu nəticəsində ikisi Əl-Cəzirə müxbiri də daxil olmaqla beş jurnalist həlak olub.

Ölkə.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu xəstəxananın yaxınlığında jurnalistlərin yaşadığı çadırı hədəf alıb.

“Əl-Cəzirə”nin müxbirləri Enes əl-Şərif və Muhammed Kurayka və üç operator hücumda həyatını itirib.

İsrail ordusu isə verdiyi açıqlamada Enes əl-Şərifin öldürüldüyünü etiraf edib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 237 jurnalist həyatını itirib.
Şou Biznes