Paşinyan hakimiyyətdən getməyə hazırlaşır? – İrəvanda belə şayiələr yayılır

  • 14.10.2020, 16:00,
  • Dünya
  • Baxılıb: 344
Paşinyan hakimiyyətdən getməyə hazırlaşır? – İrəvanda belə şayiələr yayılır


Azərbaycan Ordusunun işğal altındakı Dağlıq Qarabağ ərazilərinə doğru irəliləməsi, torpaqları hissə-hissə işğaldan azad etməsi İrəvandakı əhval-ruhiyyəyə birbaşa təsir edir və onların təşvişə düşməsinə səbəb olur.

Humanitar atəşkəs razılaşmasını qoşunlarını yenidən toplamaq üçün bir fürsət bilən erməni silahlı birləşmələri Azərbaycanın işğaldan azad etdiyi əraziləri geri qaytarmağa cəhd ediblər. Sərt cavab alan, canlı qüvvə və hərbi texnika itkisinə məruz qalan düşmən gücsüzlüyünün qəzəbini Gəncə və Mingəçeviri atəşə tutmaqla çıxartmaq istəyir.

Ermənistan hakimiyyəti yalan və saxtakarlıqlarla, etnik fərqlərdən istifadə edərək silahlı qarşıdurmanı dini və etnik qarşıdurmaya çevirməyə çalışır.

Ermənistanda hər gün ölənlərin yenilənən siyahısı, müharibənin davam etdirilməsi üçün resurs çatışmazlığı, iqtisadi çöküş, eləcə də xalqın hökumətin davranışlarından narazılığı baş nazir Nikol Paşinyanı bir sıra addımlar atmağa məcbur etdi ki, bu da ölkənin siyasi elitası tərəfindən birmənalı qarşılanmadı.

Ölkənin güc strukturlarında casusluq hallarının geniş vüsət alması ilə əlaqədar, cəmi 4 aydır Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin olunan Arqişti Kərəmyan vəzifəsindən azad edildi. Eləcə də, Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat İdarəsinin rəisi general-mayor Levon Şaumyan vəzifəsindən xaric olundu. Daxili qoşunların keçmiş komandiri general Levon Yeranosyan isə həbs edildi.

Bu “təmizləmə əməliyyatı”ndan sonra Paşinyan oktyabrın 12-də xarici işlər naziri Zohrab Mnatsakanyanın iştirakı ilə Milli Məclisdə spiker Ararat Mirzoyan, fraksiya rəhbərləri və digər üzvlərlə görüş keçirib.

Oktyabrın 13-də isə o, parlamentdən kənar qüvvələrlə görüşüb. Qeyd olunur ki, görüşdə keçmiş hakim Respublika Partiyasının vitse-spikeri Eduard Şarmazanov, "Daşnaksütyun"un təmsilçisi İşxan Saqatelyan, “Erməni Milli Konqresi”nin vitse-prezidenti Levon Zurabyan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan iştirak edib.

Rəsmi şəkildə açıqlanıb ki, görüşlərin əsas məqsədi mövcud hərbi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparmaqdır.

Artıq müharibənin üçüncü həftəsidir. Ermənistanın baş nazirinin əsas siyasi qüvvələrin nümayəndələri ilə fikir mübadiləsi aparmaq üçün görüşməsi bir az gec olmadı?

Aydın məsələdir ki, müzakirə mövzusu yalnız açıqlanan deyil.

Erməni ekspertlər güman edirlər ki, söhbət Paşinyanın vəzifədən getməsi barədə olub. Ermənistan hökuməti həmişə xarici qüvvələrin təzyiqi ilə dəyişmək məcburiyyətində qalır.

“MediaPost” analitik qrupu olaraq, erməni tərəfinə 1999-cu ilin 27 oktyabrında Milli Məclisdə yaşanan hadisəni xatırlatmaq istərdik. Baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçyanın, eləcə də bir neçə deputatın öldürüldüyü həmin silahlı hücumla bağlı daşnakların lideri Vahan Hovvanisyan bunları demişdi:

“Vazgen Sarkisyan və Karen Dəmirçyanın xalqa verdiyi ümidlər öldürüldü”.

Heç kimə sirr deyil ki, bu hadisə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ərazi iddiaları məsələsinə son qoyacaq sülh sazişini pozmaq məqsədi ilə törədilib.

Parlamentə silahlı hücumun bütün ermənilərin katolikosunun seçilməsi ilə üst-üstə düşməsi də təsadüf deyil. Təcrübə göstərir ki, alçaqlıq, şəxsi maraqlar üçün hiylə və xəyanət erməni siyasətçilərin hamıya məlum xüsusiyyətləridir. Bütün bu pis əməllər öz xalqına yönəlmiş olsa belə.
  • Нравится
  • 0
  • Vdkhxz
  • 29-11-2022, 06:05
  • : 06:05
buy levaquin 250mg sale levofloxacin order online
действия
Şou Biznes