Bu ölkədə 2 həftədən çoxdur, COVID-19-dan ölən yoxdur
		
			- 30.07.2020, 09:54, 
 
			- Dünya
 
			- Baxılıb: 387
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Artıq 18 gündür Kubada koronavirusdan ölüm halı qeydə alınmır.  “RİA Novosti” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatlarında qeyd olunur.  
Ölənlərin sayı dəyişməz olaraq 87-də qalıb. Bununla yanaşı, bir neçə gün ölkədə ağır və ya kritik vəziyyətdə pasiyent olmayıb. Lakin nazirliyin ötəngünkü yeni məruzəsində məlum olub ki, adanın 67 yaşlı qadın sakinin vəziyyəti kritikdir.
Ümumilikdə ölkədə 2 588 koronavirusa yoluxma halı qeydə alınıb, 2 353 xəstə sağalıb.