İnstagram hekayələri üçün mühüm yenilik gəlir

  • 29.07.2020, 09:47,
  • Dünya
  • Baxılıb: 3
İnstagram hekayələri üçün mühüm yenilik gəlir


İnstagram hekayələrinə animasiyalı mətn artırılması üzərində işlər gedir.
Ted.az bildirir ki, bu barədə şirkətin rəsmiləri bildiriblər.

Qeyd olunub ki, insanlar Instagram-ı əsasən hekayələr bölümündəki rəngarəngliyə görə seçirlər. Hekayələrin belə çox istifadə edilməsinin səbəbi isə reklam üçün əlverişli şərait yaradılmasıdır. Elə yeniliyin əsas məqsədinin də istifadəçi sayını artırmaq olduğu bildirilib.
Yeniliyə görə, hekayə mətnlərini fərqli və animasiyalı şriftlərlə yazmaq mümkün olacaq.

Hazırda test mərhələsində olan yeni funksiyanın yaxın günlərdə təqdim ediləcəyi gözlənilir.
Şou Biznes