Tramp Üsəma bin Ladenin oğlu Həmzəni təcili öldürməyi tələb edib

  • 17.02.2020, 13:33,
  • Dünya
  • Baxılıb: 359
Tramp Üsəma bin Ladenin oğlu Həmzəni təcili öldürməyi tələb edib


Tramp dünyanın bir nömrəli terroçusu olmuş “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma ben Ladenin oğlu Həmzə ben Ladeni təcili öldürməyi tələb edib.
  NBC xəbər verir ki, Tramp bununla da terrorçu liderlərindən birini öldürməklə ben Ladenlə oğlu arasındakı “simvolik əlaqəni” qırmaq istəyir. ABŞ-da hesab edirlər ki, Həmzə atasının ölümündən sonra terror təşkilatının başına keçməyə çalışır.
Qeyd edək ki, hələ bir müddət əvvəl  ABŞ Həmzə ben Laden haqqında məlumata verənə   bir milyon dollar mükafat verəcəyini bəyan edib. 2019-cu ilin iyulunda  Həmzənin öldürülməsi barədə xəbər yayılsa da,  bu məlumat  təsdiqini tapmadı. Çünki onun harada  və nə zaman öldürülməsi barədə məlumat olmadı.
Şou Biznes