Abad Gəncənin Görünməyən Qəhrəmanı – Elşad Əsgərovun Səssiz Zəhməti və Xidmət Fəlsəfəsi



Gəncə "İmamzadə ziyarətgah" kompleksində və bu istiqamətdəki yollarda MKTİB tərəfindən genişmiqyaslı təmizlik işləri həyata keçirilib

 İslam dünyasının müqəddəs aylarından biri olan Məhərrəm ayında Gəncənin "İmamzadə ziyarətgah" kompleksinə gələn sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsi məqsədilə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları vasitəsilə təmizlik işləri görülüb. Belə ki, "İmamzadə ziyarətgah" kompleksinin daxili və ətraf əraziləri qurumun texnikaları vasitəsilə təzyiqli su ilə yuyularaq təmizlənib. Ziyartəgahın ərazisində mövcud olan fontanda təmir işləri götülüb. Bundan başqa MKTİB tərəfindən kompleksin ərazisi və ziyarətgaha aparan yollar məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizlənib, yaşıllıq massivlərinə aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Yol boyu mövcud olan zibil qutuları, konteynerlər boşaldılıb və təzyiqli su ilə yuyulub. Bundan başqa sözügedən məkanda daş, qum, torpaq qalıqları, xəzəl və məişət tullantıları yığılaraq ərazidən daşınması təmin edilib.  Qeyd edək ki, Gəncənin "İmamzadə ziyarətgah" kompleksi Məhərrəm ayı ərzində müsəlamanlar tərəfindən ən çox ziyarət edilən ibadət ocaqlarından biri sayılır.


      

      

      

Gəncə – Azərbaycanın ikinci ən böyük şəhəri, zəngin tarixi, intellektual potensialı və mədəni irsi ilə daim ön planda olan bir məkandır. Lakin bu gözəllik, nizam-intizam və abadlıq yalnız şəhərin tarixindən yox, həm də bu gününü qurmaq üçün çalışan insanların əməyi ilə yaşadılır. Bu gün Gəncənin küçələrinin səliqəsi, binalarının abadlığı və məhəllələrinin tərtibatı arxasında fədakar bir rəhbərin – Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Elşad Əsgərovun titanik zəhməti dayanır.

Elşad müəllim uzun illərdir ki, şəhər həyatının ən vacib və eyni zamanda ən az görünən sahəsində – kommunal təsərrüfatda çalışır. Onun rəhbərliyi ilə bu sahədə səmərəli strukturlaşma, sürətli reaksiya, sakinlərlə açıq dialoq və yüksək xidmət keyfiyyəti təmin olunub. O, kommunal sahəni “təmizlik işi” kimi yox, insanların gündəlik rahatlığının, şəhər estetikası və sosial rifahın əsas dayağı kimi görür. Bu yanaşma onu sıradan bir icraçı yox, vizyoner rəhbərə çevirir.

Elşad Əsgərovun idarəçiliyi dövründə şəhər ərazisində çoxsaylı həyət və məhəllələr əsaslı şəkildə təmir olunub, yeni uşaq meydançaları salınıb, illərlə baxımsız qalmış yaşıllıqlar bərpa edilib. O, təkcə problem yaranandan sonra müdaxilə etmir – problemi qabaqlamaq, onu yarandığı anda yox, yaranmadan həll etmək onun peşəkar fəlsəfəsidir.

Əməkdaşlarının iş şəraitinə, təhlükəsizliyinə və motivasiyasına xüsusi önəm verməsi Elşad müəllimin uğurunun başqa bir sirridir. Kommunal sahədə çalışanların çox vaxt çətin, məsuliyyətli və fiziki baxımdan ağır işlər gördüyünü nəzərə alaraq, onların əməyinin qiymətləndirilməsi və sosial müdafiəsi daim onun diqqətindədir. O, komandasını güclü bir ailə prinsipi ilə formalaşdırıb – bu, həm məsuliyyət, həm də qarşılıqlı dəstək deməkdir.

Xüsusi qeyd olunmalı məqamlardan biri də Elşad Əsgərovun sosial məsuliyyət sahəsində gördüyü işlərdir. Şəhid ailələri, qazilər və aztəminatlı ailələrin yaşadığı ərazilərdə kommunal şəraitin yaxşılaşdırılması onun üçün şəxsi və vicdani borcdur. Gəncədə şəhid ailələrinin yaşadığı binaların fasad və girişlərinin təmiri, həyətlərinin abadlaşdırılması və daimi təmizliyinin təmin olunması onun bu sahədə atdığı konkret addımlardan yalnız bir neçəsidir.

Şəhərdə keçirilən bütün ümumşəhər tədbirləri – Novruz şənlikləri, ağacəkmə aksiyaları, "Təmizlik aylıqları", “Yaşıl Gəncə” layihələri və digər ictimai təşəbbüslərdə Elşad Əsgərov şəxsi nümunə ilə iştirak edir, bu tədbirləri sadəcə kampaniya yox, vətəndaş maarifləndirilməsi və şəhər şüurunun formalaşması baxımından mühüm imkan kimi dəyərləndirir.

Elşad müəllim Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf və şəhərlərin müasirləşdirilməsi siyasətinin Gəncə şəhərində uğurla tətbiq olunmasına töhfə verən önəmli simalardandır. O, dövlətin müəyyən etdiyi hədəfləri yerli səviyyədə real nəticəyə çevirən, vətəndaşla dövlət arasında körpü rolunu oynayan idarəçilərdəndir.

Bu gün Gəncə şəhərinin sakinləri yola çıxanda rahat hərəkət edir, binadan çıxanda səliqəli həyətə düşür, parkda gəzdikdə göz oxşayan mənzərə ilə qarşılaşırsa – bütün bunlar bir idarənin və bir rəhbərin gündəlik, səssiz və qətiyyətli əməyi nəticəsində mümkündür. Elşad Əsgərov – bu səssiz qəhrəmanlığın simvoludur.

Onun adı – abad küçələrdə, təmiz parket yollarında, gözəl binaların həyətində yazılmış zəhmət salnaməsidir. Vətəndaş rahatlığı üçün çalışan, heç vaxt önə çıxmadan işini görünən edən bir rəhbərdir o. Gəncə bu gün gözəldirsə – bu, Elşad Əsgərov kimi fədakar insanların xidmətinin ən real nəticəsidir.

Şou Biznes