Balakən Rayon Polis Şöbəsinin Rəisi Çingiz Aslanovun Peşəkarlığı – Xalqın Təhlükəsizliyinə Həsr Olunmuş Şərəfli Xidmət




2 iyul – Azərbaycan Polisi Günü münasibətilə ölkəmizin hər bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək ehtiramla anılır, onların keçdiyi şərəfli yol, cəmiyyətin sabitliyi və təhlükəsizliyi naminə göstərdikləri fədakarlıq dərin minnətdarlıq hissi ilə qeyd olunur. 107 il əvvəl əsası qoyulan Azərbaycan Polisi bu gün də müasir, peşəkar və vətənə bağlı struktura çevrilərək dövlətçiliyimizin əsas dayaqlarından biri kimi fəaliyyətini uğurla davam etdirir.

Bu şərəfli sistemin önəmli təmsilçilərindən biri də Balakən Rayon Polis Şöbəsinin rəisi, peşəkar və prinsipial hüquq-mühafizə orqanı əməkdaşı, polis polkovniki Çingiz Aslanovdur. Onun rəhbərliyi altında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları hüquq qaydasının təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması istiqamətində nümunəvi fəaliyyət göstərirlər.

Çingiz Aslanov öz xidmət illərində daim məsuliyyətli mövqeyi, liderlik bacarığı və yüksək təşkilatçılığı ilə seçilmişdir. Balakən rayonunda sabit və təhlükəsiz mühitin qorunub saxlanması, vətəndaş-məmur münasibətlərində şəffaflığın və qarşılıqlı hörmətin təmin edilməsi onun rəhbərlik strategiyasının əsas istiqamətlərindəndir. O, həmçinin sosial həssas təbəqələrə – şəhid ailələrinə, qazilərə və yaşlı insanlara diqqət və qayğı ilə yanaşaraq, polisi yalnız qanun keşiyində dayanan bir orqan deyil, həm də xalqla iç-içə olan humanist struktur kimi təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Daxili İşlər naziri cənab Vilayət Eyvazovun rəhbərliyi ilə həyata keçirilən islahatlar, hüquq-mühafizə orqanlarında şəffaflıq və peşəkarlığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi sahəsində Çingiz Aslanovun rəhbərlik etdiyi kollektivin fəaliyyəti parlaq nümunələrdən biridir.

102xeber.com redaksiyası və kollektivi adından Balakən Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanov başda olmaqla bütün əməkdaşlarını 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Hüquq-mühafizə sahəsində göstərdikləri sədaqətli xidmət, xalqın təhlükəsizliyinin təminindəki fədakarlıqları hər zaman dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcəkdir. Onlara möhkəm can sağlığı, yeni uğurlar və Vətənə xidmət yollarında daim uca zirvələr arzulayırıq.

Azərbaycan Polisi – Güclü Dövlətin Güvənc Yeri!

102xeber.com rəhbərliyi və kollektivi

Şou Biznes