Xalid Quliyev: Azərbaycan öz fəaliyyətində beynəlxalq hüquqa və ədalətə əsaslanır

Xalid Quliyev: Azərbaycan öz fəaliyyətində beynəlxalq hüquqa və ədalətə əsaslanır


Sumqayit Sukanal idarəsinin rəisi Xalid Quliyev - İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı həm ölkələrin malik olduğu imkanların, tarixi həqiqətlərin təbliğində, həm də səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaqda əhəmiyyətli rol oynayır. Bütün hallarda əsas prinsip ədalətin və beynəlxalq hüququn müdafiəsidir.
Azərbaycanın xarici siyasət uğurları ğöz önündədir. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin əldə olunmasında  ölkəmizin beynəlxalq nüfuzu, ədalətə və beynəlxalq hüquqa söykənən fəaliyyəti, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması mühüm rol oynadı. Azərbaycan ən yüksək tribunalardan bu bəyanatı səsləndirir ki, dünya hüquq problemini yaşayır.
Sentyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edən dövlət başçısı İlham Əliyev keçirdiyi ikitərəfli görüşlərdə də postmünaqişə dövrünün reallıqları fonunda əlaqələrin bütün sahələrdə inkişafı üçün geniş imkanların yarandığını bildirdi. Cəmərqənd Sammitinə fəxri qonaq qismində qatılaraq bu tribunadan Azərbaycanın malik olduğu imkanlardan geniş bəhs edən cənab İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri məhz  bəzi beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyi oldu. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” söyləyən Prezident İlham Əliyev diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinə yönəltdi və bildirdi ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunanlar 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.
Dünyanın ikili standartlara əsaslanan siyasətini hər zaman özünə  münasibətdə aydın şəkildə görən Azərbaycan heç zaman bu yanaşmadan ruhdan düşməyərək həqiqətlərini real faktlara, tarixə söykənərək beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Ədalətin gec-tez qələbə çalacağı şəksizdir.  Ermənistan saxta tarix yazıb ona dəstək verən bəzi dövlətlərə arxalanaraq ədaləti, beynəlxalq hüququ inkar yolunu tutsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşıb onların icrasını arxa plana keçirsə də bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyinin fərqində idi.  Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək.
Ədalət və beynəlxalq hüquq 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü qazanaraq şanlı Qələbəyə imza atmaqla Ermənistana, ona havadarlıq edən dövlətlərə beynəlxalq hüquq və ədalət deyilən anlayışların mövcudluğunu sübut etdi.
Prezident İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında  bir daha diqqəti 2019-cu ildən Azərbaycanın 20 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə yönəldərək  sədrlik müddətinin  yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını  ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi dəyərləndirdi. Bu tribunadan bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Hazırkı postmünaqişə dövrünün əsas hədəfi bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklifi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir, dünya gücləri təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu Ermənistan tərəfindən böyük qısqanclıqla qarşılanır. Sülh müqaviləsinin imzalaması prosesinin uzanmasında maraqlı olan təcavüzkar dövlət atəşkəsi pozmaqla, təxribatlar törətməklə hazırladığı planları qabarıq şəkildə büruzə verir. Səmərqənd Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu, Ermənistan qınandı. Dövlət başçısı Şanxay Əməkdşlıq Təşkilatının tribunasından diqqəti Ermənistan silahlı qüvvələrinin  sentyabrın 13-də Azərbaycan-Ermənistan  sərhədində törədilən  genişmiqyaslı hərbi təxribata yönəldərək  bildirdi ki,  Azərbaycan Ordusu  bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ümumilikdə Səmərqənd Sammiti həm tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı, həm də ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından  əhəmiyyətli oldu. Qurumun tərkibinin genişləndirilməsi əsas hədəflər sırasındadır.
  • Нравится
  • 0
  • Llpjil
  • 29-11-2022, 13:08
  • : 13:08
buy levaquin 500mg cost levofloxacin
действия
Şou Biznes