Göyçay rayonu tərəqqi yolunda



Bu gün respublikamızın bütün şəhər, rayon və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Göyçay rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.
Göyçayda son illərdə bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli iş görülüb.
Sürətlə abadlaşan Göyçay bu gün sanki yenidən qurulur. Burada təkcə ötən il ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib. Bu il ərzində sosial-iqtisadi sahələrdə bir sıra müsbət nəticələr əldə olunub. 
Əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə diqqət artırılıb. Bütün bunlar isə müvafiq göstəricilərdə öz real ifadəsini tapıb.
Bu il ərzində Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisindəki çoxmənzilli əsaslı təmir işlərinə başlanılıb. Binaların ətrafı abadlaşdırılıb, yollar genişləndirilib, yaşıllıq zolaqları salınıb.
qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılıb. 
olunub.
Milli bayramların, tarixi günlərin, əlamətdar hadisələrin rəngarəng tədbirlərlə qeyd edilməsi yüksək siyasi-mədəni əhval-ruhiyyə yaradıb, rayon sakinlərinin qurub-yaratmaq əzmini və məmnunluğunu artırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması, haqlı tələblərinin təmin edilməsi ilə bağlı tapşırıqları Göyçay Rayon İcra Hakimiyyəti Başçısının səlhaiyyətlərini icra edən İkram Vəliyev tərəfindən daim diqqətdə saxlanılır. Yeri gəlmişkən, rayon icra hakimiyyətində bütün sahələrdə olduğu kimi, ərizə, şikayət və məktublara baxılması, vətəndaşların qəbulu, yerlərdə səyyar qəbulların keçirilməsi ilə bağlı ardıcıl və sistemli iş qurulub. Diqqət ona yönəldilib ki, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar operativ şəkildə, yerindəcə həll olunsun, təkrar şikayətlərə yol verilməsin. Əvvəllər müşahidə olunan süni əngəllər və bürokratik münasibətin aradan qaldırılması da hədəfə alınıb.
Dövlətimizin başçısının ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın uğurla reallaşdırılması vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
Göyçay Rayon İcra Hakimiyyəti Başçısının səlhaiyyətlərini icra edən İkram Vəliyev: Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün geniş müzakirə aparıb, qarşıdakı dövrdə yeni hədəfləri dəqiqləşdirib, bütün qüvvələri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səfərbər ediblər.
Bizdə redaksiyamız adından Rayon İcra Hakimiyyəti Başçısının səlhaiyyətlərini icra edən İkram Vəliyevə və rayon ictimaiyyətinə bundan sonra gördüyü işlərdə müvəffəqiyyətlər arzu edirik.

Eminov Mehman
Təsisçi və baş redaktor 


  • Нравится
  • 0
  • Cfydom
  • 29-11-2022, 06:06
  • : 06:06
order levaquin 250mg oral levofloxacin
действия
Şou Biznes