MÜRACİƏT

MÜRACİƏT



 Möhtərəm Ali Baş Komandan İlham Əliyev Cənabları, şikayətçi olduğumu bildirərək çoxsaylı müraciətlər əsasında cavabsız qalmayacağını əminliklə deyə bilərəm ki, səsimə səs verəcəyinizə inanıram və güvənirəm. Şikayət bir başa vətəndaşların qanuni əsaslarla ölkə ərazisində gedən proseslərə müdaxilə etmək, məmurlar tərəfindən insanları müxtəlif yollarla Dövlətə qarşı qaldırdığı qərəzli yanaşmanın mövqeyidir.
     SOCAR--STP-də çalışan 30-ildən artıq istehsalat, rəhbərlik təcrübəmə əsaslanaraq istehsalat müəssisəsinə necə rəhbərlik etmək, hansı problemlərin olmasını, təkliflər paketində ən vacib priotetləri yazaraq təqdim edirəm. 
    Hal-hazırda səbəbsiz yerə işdən çıxarılması səbəbini ingilis dilini mükəmməl bilmədiyim üçün 15.09.2021-ci ildə məni işdən azad etdilər. İngilis dili Azərbaycanda dövlət dili deyil. Azərbaycanda konstitusiya təsbit olunmuş Azərbaycan dili Ana-dilimdir. Çalışdığım məkanda İngilis dili bilmək önəmli deyil. Əlbətdə ki, önəm kəşf etsəydi buna baxmayaraq mən yenə də razılaşardım. Səbəbini ingilis dilini bilmədiyim üçün işdən çıxarılması özü bir cinayətdir. 
     Azərbaycan Resbublikasının konstitusiya quruluşunun, vətəndaş hüquqlarını qanuni şəkildə pozulması deməkdir. Hansı qanunda göstərilir ki, Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı o işdə ki, ingilis dilində bir əsası olmayan, hansı bir işçi, mütəxəssis, rəhbər və yaxud vətəndaş başqa bir dili bilmədiyinə görə işdən çıxarılır? Bunun özü bir başa cinayətdir!
    Maliyyə əməliyyatlarını və necə xərcləmələrini gördüyüm üçün, mənim bundan xəbərim olub, onlara mane olduğuma görə mənə qarşı qərəzli mövqeyidə oldular. Bu səbəbdən məni işdən azad edilməsini bir Azərbaycan vətəndaşı olaraq milli-mənəvi dəyərlərimizin təbliği və təşviqat istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmaqla ana dilimizdə danışdığımız üçün təhqir və təhqiramiz ifadələr nəticəsində qəbul edə bilmirəm. 
   Məni işdən azad edilməsi haqqında böyük bir iddia irəli sürülməlidir bu kimi hallardan istifadə edən işçi qurumlarına tədbirlər görülməsini ilk növbədə xahiş edərək, bildirirəm ki, mənim əzəmətlə çalışdığım öz əvvəlki işimə qaytarılmasına dəstək olmaqla yanaşı birliyimizin həmrəyliyini təsdiq edərək geniş potensialın gücləndirilməsi istiqamətində fəal iştirakçılarından olaraq milli-mənəvi təhlükəsizlik zəmnində dövlətimizə dəstək  olaraq, dövlətimizin xidmətindəyəm. 

    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Sumqayıt Texnologiyalar Parkının inşa etdirərək, yaradılması üçün 100 milyonlarla maliyyə vəsaitinin ayrılmasında başlıca məqsədi Qafqazda analoqu olmayan sənaye parkı, dövlətin, dövlətçiliyin, iqtisadiyyatın, Azərbaycan vətəndaşlarının, iş yerləri ilə təmin olunmasını, həyat rifahını yaxşılaşdırılmasını rəhbər tutaraq yaratmışdır. Bu gözəl təşşəbbüs çox insanların, texniki mütəxəssislərin ürəyincə olduğu kimi mənimdə ürəyimdən xəbər verən bir missiyya olduğu üçün məndə STP-yə ilk tikinti vaxtlarından işə cəlb olunmuşdum.
   Təəsüf hissi ilə qeyd edirəm ki, Etibar Pirverdiyevin dövründə və STP-də rəhbərlik edən İdris Mustafayevdən  başqa digərləri  etimadı doğrultmamış, STP-nin rentabelli işləməsini təmin edə bilməmişdilər. 2017-ci ildən STP-yə təmamilə uğursuz bank sektorundan rəhbər, Emin Məmmədov təyin olunmuşdur. E. Məmmədov STP-ə  rəhbər təyin olunanda STP-də çalışan əməkdaşlarla bərabər məndə sevinmişdim. 30-ildən artıq istehsalat, rəhbərlik təcrübəmə əsaslanaraq istehsalat müəssisəsinə necə rəhbərlik etmək, hansı problemlərin olmasını, təkliflər paketində ən vacib priotetləri yazaraq təqdim etmişdim. E. Məmmədov mənim təkliflərimin əksəriyyətini qəbul etməmişdir. Ətrafına qeyri-peşəkar kadrlar toplamış, hətta xeyli dələduz rusları yüksək vəzifələrə və yüksək əmək haqqı ödəyərək işlə təmin etmişdir. Nəticədə STP bir Texnopark kimi fəaliyyətini sonluğa yaxınlaşdırmışdır.

Fərid Ağayev:
   Bütün bunları yazmaqda məqsədim ondan ibarətdir ki, sizin vəzifələrə təyin etdiyiniz kadrların əksəriyyətinin Ali texniki təhsili, savadı, rəhbərlik qabiliyyətinin, təşkilatçılığı və saxta diplomlara sahib olan kadrlardan ibarətdir. STP-dən SOCAR-STP-yə keçən əməkdaşlara qarşı qərəzli və ögey münasibəti açıq-aşkar görünür. “Eqvells” şirkətindən gələn əməkdaşlar işə nə vaxt istəyirlər gəlib gedirlər. Bütün bu cür hallar kollektivdə böyük narazılığa səbəb olub, əmək intizamın pozulmasına zəmin yaradır.

İnsan Resursları.
   İnsan resurslarının fəaliyyəti kadrları düzgün, bilik-bacarıqları və vəzifə təlimatlarına uyğun yerləşdirmək, dəvamiyyətə nəzarət və əmək haqqının tutduğu vəzifəyə uyğun ədalətli bölüşdürmək, məsaiyə (Overtime) görə əmək haqqının verilməsi həqiqətə uyğun yerinə yetirilməsidir. Nəzərə alsaq ki, məsaiyələr suni, qəsdən yaradılaraq kimlərin maraqlarına xidmət edir, mənzərə aydın görünür. Nəzərinizə çatdırıram ki, rəhbər vəzifədə təyin olunan şəxslərin ən azından ali texniki təhsili olmalıdır. Amma ki, MEZ-də olan rəhbər işçilərin əksəriyyətinin nəinki ali texniki təhsili, hətta tam orta təhsilləri yoxdur.

Satınalmalar:
   Mən avadanlıqların xidməti və təmiri şöbəsində rəhbər vəzifəsində olduğum müddətdə STP-də xeyli sayda dəzgah və avadanlıqları təmir edərək müəyyən ehtiyyat hissələrini alınmasını təmin etmişdim.
   İstehsalatın rentabelliyi, sifarişlərin vaxtında, dəqiq yerinə yetirmək üçün mal-materiallar, ehtiyyat hissələrinin, alətlərin vaxtında alınmasının vacib olduğunu xatırladıram. Hal-hazırda SOCAR-STP mal-materialı, ehtiyyat hissələri, iş alətlərindən, STP-nin qalıq-quruğundan istifadə edilərək və ya mən şəxsi əlaqələrim ilə tapıb müəyyən işləri yerinə yetiririk.
  Nə yaxşı ki, STP mövcuddur. STP-nin ofisində kirədə qalırıq, kompüter yerinə şəxsi mobil telefonumuzdan və noutbukumuzdan istifadə etmək azmış kimi, hətda heç bir printeri katric ilə təmin etmirsiniz, baxmayaraq ki, printerlər də STP-yə məxsusdur. Nəyi isə printer etmək üçün dillənçi kimi STP-də dilənirik.

 Akif İbrahimov:
   Əvvəla onu deyim ki, direktor kostyumu sənin əyninə çox böyükdür. Akif, sənin ali təhsilin, savadın, rəhbərlik  bacarığın və təşkilatçılıq qabiliyyətin yoxdur. Sənin savadsızlığının sübutu kimi bir misal göstərim qoy hamı bilsin. Reduktorun neçə pilləli olduğu haqqında müzakirə edirdik. Sən isə reduktorun neçə dişli olmasını dəfələrlə israr edirdin. Sonda mənim səbrim tükəndi səsimin tonunu qaldırdıqdan sonra sən sakit durdun. Bu cür misalları sonsuz sayda yaza bilərəm. Vəzifəyə gəlməyin, rəhbərliyin yanında necə hörmət qazanmağını, kimlərə necə torba tikdiyini bilirik. Hətta öz qudana necə zərbə vurduğunu bilirik.
  Özünü bilikli, bacarıqlı işçi kimi göstərdiyin yollar da bizə məlumdur. Məsələn; İşdə problem olanda və ya yeni nə isə etmək lazım gəldikdə əməkdaşları xəlvətdə çağırıb onlara tövsiyyə edirsən ki, rəhbərlik soruşanda düzgün məlumat verməsinlər. Beləliklə, sən doğru olmayan fikirlərini rəhbərliyə sırıyırsan.  Bu münvanla özünü bacarıqlı mütəxəssis kimi rəhbərliyin fikrində özünə qarşı rəy yaradırsan.
   Sənin bacarıqsız savadsız olmağını işlədiyin dövrdə müşahidə etdim. Eyni işi bir neçə dəfə səhv gördütdürürsən. Baxmayaraq ki, çox səhv tapşırıqlarını biz düz edib, yerinə yetirməmişik.  Sən insanların əməyinə qiymət vermək qabiliyyətində deyilsən. Sanki səhv tapşırıqları icra etdirib, yenidən eyni işi təkrar gördürməklə həzz alırsan. Misal: Dəzgahların bir neçə dəfə səhv yerinin dəyişdirilməsi, yeni yaranmış sahəyə köçürülən dəzgahların düzgün quraşdırmaması tapşırığının verilməsi və s. Sən bilməlisən ki, CNC dəzgahlar hər dəfə ora-bura daşımaq, sökmək və quraşdırmaq həmin dəzgahların dəqiqliyinə ziyandır.
   Oğlunu MEZ-ə işə düzəltmisən lap yaxşı. Oda haradasa işləməli, fəaliyyət göstərməlidir. Oğlun heç bir iş görmədən aşağı-yuxarı gəzib, bütün məsaiyələrə (overtime) cəlb olunur, əgər məsai  siyahısında adı yoxdursa həmin məsaiyəyə görə digər əməkdaşlarada əmək haqqı ödənilmir.
  Mənim sənə tövsiyyəm ondan ibarətdirki, ədalətli olub  Allahı yaddan çıxartmayasan.
  Akif belə bir el misalı var: İki ulağın arpasını bölə bilmirsən. Buda kənardan qabarıq şəkildə görünür. Bir çox abırlı, həyalı və tərbiyəli xanımlar sizin rəhbərlik etdiyiniz kollektivdə işləmək istəmir. Bəzi görüntülərində şahidi olmuşam. Bu və ya başqa cür əməllərə son qoymaq lazımdır.

Sevinc xanım:
   Mən anlaya bilmirəm ki, sənin və digərlərinin savadı, təhsili olmadığı halda hansısa vəzifəyyə təyin edəndə heç utanıb, vicdan əzabı çəkirsinizmi? Kollektivin hər birinə aydındır ki, sən harada və necə oturmusan. Bütün zavod sizdən danışır. Heç olmasa özün etkalı davran, həmkarlarına yuxarıdan aşağı baxma. Eyni zamanda mən səni qınayıb günahlandırmıram. Günah sənə bu şəraiti yaradıb, heçdə yaxşı mövqedə olmadığını şərtləndirənlərdədir.

   Avadanlıqların xitmədi və təmiri şöbəsinə:  (Dəzgahların təmiri sahəsi)
   Hörmətli Həmkarlar sizə rəhbərlik etdiyim müddətdə sizinlə işləməkdən zövq aldım. Hətta sizə aid olmayan işləri də sizə gördürdüm. Sizdə canla-başla mənim tapşırıqlarımı yerinə yetirdiniz. Sizə təşəkkürümü bildirib, zəhmətinizi halal etməyinizi rica edirəm.
  Hörmətli Həmkarlar kollektivin əksəriyyəti, Akif İbrahimovun qeyr-real, qəbuledilməz mövqeyi cana yığıb. Bir gün gələcək kollektiv səni sivirib NBM-dən kənara atacaq.
   Mən bu aksiyada iştirak etməmək üçün və sənin rəhbərliyin altında işləməyi özümə ar bilirəm.
   Fərid müəllim yuxarıda qeyd etdiklərimi və qeyd etmədiklərimi yaxın vaxt ərzində aradan qaldırmağınız məsləhətdir. Əks təqdirdə bu barədə bir çox əlavələrlə “Paşa Holding”in rəhbərliyinə, SOCAR, İqtisadi İnkişaf Nazirliyinə, Mehriban xanıma və möhtərəm prezident İlham Əliyevə yönəldərək ictimailəşdirəcəyimə söz verdim.

Tel +994 55 807 34 30

Hörmətlə: Zöhrab Musayev Yasin oğlu.
  • Нравится
  • 0
  • Xvezvt
  • 26-11-2022, 21:58
  • : 21:58
purchase levaquin without prescription levofloxacin 250mg oral
действия
Şou Biznes