"DƏMİR YUMRUQ"







Qarabağ Azərbaycandır. 
Ədalətdən doğulan xalq əsarətdə qala bilməz. 
    "Ulu Öndər Heydər Əliyev Siyasi Kursu Əbədi Və Dönməzdir".

    Prezidentə Dəstək "Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin" Rəhbəri Nəbi Qafarovun göstərişi ilə Göyçay "Ağsaqqalar Şurasının sədri Ədalət müəllim və "Milli Meclis xeber .az Xəbərlər Portalının" saytın direktoru və həmin təşkilatın üzvü Mehman Eminov Niftalı oğlu, Şəhidimiz Polkovnik Leytenant Xəlilov Vidadi Vaqif oğlunun ailəsini ziyarət etmişlər.  
    Qəhrəmanımızın keçdiyi şərəfli ömür yolunda ədalətin müdafiəsinə təminat verən, döyüşlərdə qəhrəmancasına şücaət göstərmiş, vətənin azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Polkovnik Leytenant Xəlilov Vidadi Vaqif oğlunu yad edərək "Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin" Göyçay filialının bir qrupu həmsədrlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış etmişlər. 
    -- Azərbaycanın, Dövlətimizin, Qarabağımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanı Polkovnik Leytenant Xəlilov Vidadi Vaqif oğlunun ailəsini ziyarət edərək Ali Baş Komandanımız İlham Əliyev Cənablarının müzəffər ordusunun qəhrəmanlarımıza Fəxri Diplomu ilə təqdim etmişlər. 


    
   "Ulu Öndər Heydər Əliyev İdeyalarına sadiqliyinə, Müzəffər Ali Baş komandan Cənab İlham Əliyevin sarsılmaz  dövlət, xalq, ordu birliyi strategiyasına, 30 illik düşmən səddini 44 günə məhv edən və tarixi Qarabağ Zəfəri ilə başa çatan "Dəmir Yumruq" Əks Həmlə Hərbi Taktikasına göstərdiyi yüksək vətənpərvərlik dəstəyinə görə Müzəffər Ali Baş Komandan mükafatı" ilə təmin olunmuşdur.

    Ali Baş Komandanımız İlham Əliyev Cənablarının apardığı siyasət nəticəsində artıq, Azərbaycan yüksək sürətlə irəliləyir. Qarabağ azad olunması üçün Qarabağda yeni işlər görülməsində bütün işlər yüksək səviyyədə professionallıqla həyata keçirilməsində biz bunu nümunəvi bariz nümunəsi olaraq uğurlu nailiyyətlərlə yanaşı birliyimizin həmrəyliyini təsdiq edərək həyata keçirilməsində dövlətimizə dəstək olaraq fəal iştirak edəcəyik. 
    Azərbaycan gələcəkdə çox böyük nüfuzlu bir ölkə olacaqdır və dünyaya günəş kimi işıq saçacaqdır. Biz bu yolda Ali Baş Komandanımız İlham Əliyev Cənablarına, Dövlətimizə, xalqımıza var olun, sağ olun deyirik. Bir daha Şəhidlərimizə Allah rəhmət eləsin, məkanları cənnət olsun. 
    
    Cənab Prezidentimizin göstərişi ilə Qarabağda çox böyük yüksək abadlıq işləri aparılır. Biz buna görə Şəhidlərimizə borcluyuq. 
Bir komanda olaraq təşkilatın sədri Ədalət müəllim, Fuad müəllim, Əbülfət müəllim, Vüqar müəllim və digər yoldaşlarla Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış olan Göyçayın qəhrəmanı Polkovnik Leytenant Xəlilov Vidadi Vaqif oğlunu ziyarət edərkən ruhuna  dualar oxunaraq şəhidlərimizi yad etmişlər. 
     Göyçay rayonunun "Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin" 
filialı və Ağsaqqalar Şurasının sədri gələcəkdə də Dövlətə Dəstək olaraq şəhid ailələrinə daimi olaraq qayğı göstərəcəyini vurğulayaraq bildirmişdir:
    -- Qarabağda gedən 44-günlük salnaməsini Qələbə Zəfəri ilə torpaqlarımızı işğalçılardan azadlığa qovuşduran Göyçay qəhrəmanı Şəhidimiz Polkovnik Leytenant Xəlilov Vidadi Vaqif oğlu və Azərbaycan qəhrəmanları ilə qürur hissi duyaraq bütün şəhidlərimizin qarşısında baş əyirik. Allah Şəhidlərimizə rəhmət eləsin, AMİN.



Şou Biznes