Sülhməramlılar Qarabağda 427 hektar ərazini minadan təmizlədi

Sülhməramlılar Qarabağda 427 hektar ərazini minadan təmizlədi


Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməkdə davam edir.
Azvision.az xəbər verir ki,  ki, 23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 427 hektar ərazini, 160,8 km yolu, 617 yaşayış binasını, o cümlədən 22 sosial əhəmiyyətli obyekti minalardan təmizləyib, 19,6 mindən çox partlayıcı zərərsizləşdirilib.

Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir.
Şou Biznes