ÜRƏKLƏRDƏ YAŞAYACAQDIR




     
    Eldar Bəşir oğlu Sultanov --  Polis zabiti və Çernobil faciəsində likvidatoru olmuşdur:
 Eldar Sultanov Bəşir oğlu. 
21.07.1951 - ildə doğulmuşdur. 
Ailəlidir. 3 övlad atası idi. 
Uşaqlıqdan nərd oynamağı sevirmiş və bu taktika üzrə Azərbaycanda bir neçə yarışın qalibi olmuşdur:
    Ağır itki ilə üzləşdik. Neçə illər keçməsinə baхmayaraq, Azərbaycanda Çernobil Əlillərin hüquqları üzrə hər an müdafiəsinə təminat verən xalqın, millətin xidmətində layiqincə yerinə yetirən Eldar Sultanov Bəşir oğlunu itirdik. Ölümünə səbəb dünyanı ağuşuna alan Cavid -- 19 pandemiyası və ürəyindən də əməliyyat keçirmişdi, bu səbəbdən xəstəliyə tab gətirə bilmədiyindən dünyasını dəyişərək Allahın dərgahına qovuşdu:

     Eldar Sultanov Bəşir oğlu 1972 -ci ildə Bakıda şəhərində polis kimi işə başlamışdır. 
1974 - cü ildə Ukraynaya təyinat alaraq, çalışdığı müddətdə işinin yüksəkliyi ilə əlaqədar müvafiq strukturlarının göstərişi nəticəsində, cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atmasına nail olmuşdur. 
   Eldar Sultanov Bəşir oğlu. 
 1986 - cı ildə Çernobil AES - da baş vermiş qəzanın aradan qaldırılması işlərində könüllü olaraq iştirak etmişdir. 
   Azərbaycan Respublikası "Çernobil Əlilləri İttifaqı" İctimai Birliyinin sədr müavini olaraq, Ölkəmizdə əlilliyi olan şəxslərin sağlamlıq imkanları məhdudlaşdırılmasının tutduğu mövqeyini dəstəkləyib və şərəfli ömür yolu keçmişdir. 

    26.04.1986 - ci il Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Bəşir oğlu Ukraynanın Qostomel şəhərində polis zabiti vəzifəsində xidmət göstərirdi. 
     Çernobil hadisəsini nüvə zavodunun partlayışını televizor vasitəsilə xəbər verilən məlumatda izləyir və könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək üçün Komissarlığa yollanaraq könüllülər dəstəsinə yazılır. 
   Könüllü olaraq xilasetmə əməliyyatlarında işə başlayaraq iş prinsipləri əsasında fəaliyyət göstərirdi. Bir neçə müddət ərzində şualanma nəticəsində həyatını riskə atsada belə, xəstəxana şəraitində bir ay müddətində müalicə aldıqdan sonra, yenidən yarımçıq qoyduğu məqsədlərə nail olmaq üçün nüvə zavodunun partlayışının təmizləmə işlərinə geri qayıdır. 

    Eldar Sultanov Bəşir oğlunun zəhməti,  çəkdiyi əziyyətinə və insanlara dəyər verdiyi üçün hansı halda olmasına baхmayaraq sağlamlığını itirmiş olsada belə xüsusi diqqətlə və ləyaqətlə yerinə yetirmişdir. 
   1987 - ci ilin may ayında, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk edərək Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə almışdır.
   Eldar Sultanov Bəşir oğlu xəstəliyinin şualanmanın təsirindən yarandığının təsdiq edilməsi üçün Ukraynanın Səhiyyə Nazirliyinə müraciət etmiş və  şüalanma diaqnozu təsdiqlənərək, ilk rəsmi Çernobıl faciəsi əlillərindən biri olmuşdur.
   1990-cı ildə faciənin 4-cü il dönümündə könüllülər tərəfindən Azərbaycan "Çernobıl Əlilləri" beynəlxalq ittifaqı yaradıldı və Eldar Sultanov Bəşir oğlu  cəmiyyətin sədr köməkçisi seçilmişdir. 

    Eldar Sultanov Bəşir oğlu öz üzərinə götürdüyü öhdəliklərin icrası haqqında gözəl işlər görmüşdür. Hər zaman Vətənin xidmətində layiqincə davam etdirən təqdirdə mübarizə aparacağımız haqq qazandırmaq üçün insanların qəlblərində taxt qurmuşdur. İnsanlığı ilə bəşər tarixində gözəl bir iz qoyaraq, Xalqımın ürəyində əbədi olaraq yaşayacaqdır. Yaxşılıqlar heç zaman unudulmaz və unudulmur.

    
 1 - ci qrup Çernobil əlili, 30 il ərzində Azərbaycan Respublikası "Çernobil Əlillər  İttifaqı" İctimai birliyinin fəaliyyəti ilə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmaqla problemlərini həll etməyə imkan yaradılmasını təklif irəli sürülmüş, təşəbbüsləri ilə həyata keçirmişdi. 
     Bildiyimiz kimi Eldar Sultanov Bəşir oğlu eyni zamanda Çernobil Əlillərin sosial müdafiəsi istiqamətində aparılan işlər çərçivəsində xüsusi xidmətlər göstərmişdir. 
    Eldar Sultanov Bəşir oğlu  Çernobıl faciəsi zamanı sağlamlığını itirmiş olsada, vətənpərvər olduğunu vurğulayaraq bildirmək istəyirəm ki, xalqımızın dəyərli oğlu ölkəmizə gərəkli bir Şəxsiyyət idi. 
Allahdan rəhmət diləyirik və şərəfli ömür yolunda xalqımıza göstərdiyi xidmətlərə görə unudulmaz və unudulmazdır. Hər zaman ürəklərdə yaşayacaqdır!
Şou Biznes