Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”
		
			- 03.11.2020, 13:16, 
 
			- Cəmiyyət
 
			- Baxılıb: 399
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.
Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.
“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.