Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO


Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Onun əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.  

 Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.  1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib. 
1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub. 

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb. 

“İnteqrasiyalı İnkişaf Qrupu” İctimai Birliyinin sədridir.


Şou Biznes