Malik İsaqov: Qubadlı rayon ictimaiyyəti ölkə rəhbərinin həyata keçirdiyi korrupsiyaya qarşı siyasətini dəstəkləyir


Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov  - Xəyanətkarlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır

“Biz korrupsiya hallarına qarşı amansız mübarizə aparacağıq”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı son çıxışlarında bu istiqamətdə bir-birinin ardınca eyni səpkili çox ciddi bəyanatlar vermiş və korrupsiyaya bulaşmış məmurları bu əməllərindən çəkinməyə çağırmışdır. Ölkədə korrupsiyaya bulaşmış məmurların həbs olunması da bu istiqamətdə barışmaz və bağışlanılmaz siyasətin həyata keçirildiyini və siyasi iradənin göstərildiyini nümayiş etdirir.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Əgər ortada xəyanət varsa, deməli, o heç bir halda cəzasız qala bilməz. Dövlətin xəyanətə və ya xəyanətlərə qarşı sərt cəza maşınını işə salması xalq tərəfindən də müsbət qarşılanır. İnsanların sosial şəbəkələrdə bununla bağlı yazdıqları fikirlərə nəzər yetirdikdə, bir daha aydın olur ki, ictimaiyyət nümayəndələri ayrı-ayrı məmurların korrupsiya əməllərinə görə cazalanmasını və hətta həbs olunmasını müsbət qarşılayır.

“Xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur”- deyən cənab Prezident İlham Əliyev diqqəti əhalinin münasibətinə çəkmişdir. Dövlət başçısı “mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir” deyərək dövlətə xəyanət edənlərə qarşı mübarizənin bundan sonra da davam etdirilməsinin vacibliyinə işarə vermişdir.

Lakin görünən odur ki, bəzi şəxslər həyata keçirilən tədbirlərin əhəmiyyətini tam olaraq dərk etməyiblər. Ölkəmizdə karona virus pandemiyasına qarşı aparılan genişmiqyaslı tədbirlər zamanı dövlətə dəstək vermək əvəzinə öz mənafelərini üstün tutublar. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər ediblər. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Ona görə də onlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır.

Son zamanlar ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirilən kadr islahatları da korrupsiyaya bulaşmış məmurların ədalət qarşısında cavab verilməsinə hesablanıb desək, yəqin ki, yanılmarıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi respublikada korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü hesab etmək olar. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Sözsüz ki, bu tədbirlərin sonunda həm məmurlar, həm də hökümət yeni və daha demokratik idarə-üsul sistemini müşahidə edəcək. Son nəticədə qazanan xalq-dövlət birliyi olacaq.
 

Könüllülərimiz Pandemiya dövründə öz fəaliyyətlərini davam etdirirlər




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə 27 mart 2020-ci il tarixdə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib və bu mərkəz hazırda öz fəaliyyətini davam etdirməkdədir.   AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
    Qubadlı rayon İcra hakimiyyəti də Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işinə başlamışdır.
     Bildiyimiz kimi bugün bütün dünyada həyəcana səbəb olan koronavirus (Covid-19) öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.            Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. 
    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydaları və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada rayonumuz da yaxından iştirak edir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamlarının köməkliyilə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur.
     Rayonumuzda fəaliyyət göstərən gənc könüllülər də dövlətimiz tərəfindən həyata keçirilən layihələrə, atılan addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfələrini verirlər.
Pandemiya dövründə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının könüllüləri birgə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər. Həmçinin könüllüllər tərəfindən sakinlərlə maarifləndirici söhbət aparılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları, eləcə də şəxsi gigiyena və sosial təcridolma qaydaları  bir daha xatırladılır, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılır.






Dezinfeksiya işləri davam etdirilir




Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı  məskunlaşma yerlərində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.     
        Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində 24 binada, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində 11 binada, 15-ci məhəllədə 10 yataqxanada, İnşaatçılar qəsəbəsində köhnə iaşə və idarə binalarında, 2,4 km məhəllə yollarında, rayonun bütün fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının binalarında  sanitar-dezinfeksiya işləri həyata keçirildi.  Binaların,  yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri və həyətyanı sahələr təmizləndi.






Aztəminatlı ailələrə olunan ərzaq yardımları davam etdirilir




Aztəminatlı ailələrə olunan ərzaq yardımları davam etdirilir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.       Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydaları və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada rayonumuz da yaxından iştirak edir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamlarının köməkliyilə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur. Qubadlı rayon sakinlərindən daha 150 ailəyə (ümumilikdə 2300 ailədən çox) ərzaq bağlaması verildi. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır. Sakinlər Dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.




  • Нравится
  • 0
  • Coyrwo
  • 27-11-2022, 17:22
  • : 17:22
purchase levaquin levaquin 500mg sale
действия
Şou Biznes