Biləsuvarda su probleminin həllinə çalışılır

  • 08.09.2020, 10:06,
  • Bölgə
  • Baxılıb: 345
Biləsuvarda su probleminin həllinə çalışılır


Biləsuvar rayonunda əhalinin içməli suya olan tələbatını və əkin sahələrinin suvarılmasını təmin edən yeganə su mənbəyi Cənub Muğan Kanalında suyun səviyyəsinin azalması aidiyyəti qurumları hərəkətə keçirib.
Report bildirir ki, sentyabrın 7-də mövcud vəziyyəti araşdırmaq və müzakirə etmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında bu sahəyə nəzarət edən aidiyyəti təşkilatlarla görüş keçirilib.

Görüşdə rayonun kəndlərində içməli su, həm də əkin sahələrinin suvarılmasında yaranacaq problemlərin həlli üçün qabaqlayıcı tədbirlərin görülməsi müəyyənləşdirilib.

İcra başçısının müavinləri, Suvarma və Sukanal idarələrinin, icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə yaradılmış işçi qrupuna tapşırılıb ki, kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə müşahidələr aparılsın, problemlər yaranacağı təqdirdə operativ şəkildə aradan qaldırılması istiqamətində tədbirlər görülsün.
Eyni zamanda ehtiyac yarandığı təqdirdə qısa zaman ərzində sudurulducu bulaqlar fəaliyyət göstərən kəndlərdə anbarların təmizlənmiş su ilə doldurulması, digər kəndlərdə isə su maşınları vasitəsilə əhalinin tələbatının ödənilməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, bir neçə aydır davam edən su böhranı rayonun, demək olar ki, bütün ərazisini əhatə edib.

Bu ilin birinci rübündən başlayan su qıtlığı daha çox rayonun Yuxarı Cürəli, Ovçubərə, Təzəkənd, Ağalıkənd, Amankənd, Dərvişli və digər kəndlərində müxtəlif problemlər yaradıb. Belə ki, mövcud vəziyyət on minlərlə sakinin içməli su təminatında problemlərin yaranmasına səbəb olub. Eyni zamanda su qıtlığı kənd təsərrüfatının müxtəlif sahələrinə mənfi təsirlər göstərib. Bu da əkinçilik, heyvandarlıq və pamqıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Cənub Muğan kanalı rayon əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
  • Нравится
  • 0
  • Rrijqb
  • 27-11-2022, 02:49
  • : 02:49
buy levofloxacin 500mg online cheap order levofloxacin generic
действия
Şou Biznes