Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının böyük uğuru!

  • 28.07.2020, 12:22,
  • Təhsil
  • Baxılıb: 414
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının böyük uğuru!


Qardaş Türkiyə Cümhuriyyətindən şad xəbər gəlmişdir. İyulun 20-23 tarixində Kappadokiya şəhərində İdman, Antropologiya, Qidalanma, Anatomiya və Radiologiya üzrə SANAR 2020 2-ci Beynəlxalq Konqresi baş tutmuşdur. Universitetimizin İnsan anatomiyası və tibbi terminologiya kafedrası tədrislə elmin vəhdətinə əsaslanaraq daim inkişaf etdiyi üçün bu kafedra belə bir mötəbər tədbirdən kənarda qalmamışdır. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, REA-nın akademiki, tibb elmləri doktoru, professor V.B.Şadlinskinin rəhbərliyi ilə onun başçılıq etdiyi kafedranın əməkdaşları bu konqresdə uğurla çıxış etmişlər. Konqresə ev sahibliyi etmiş Kappadokiya Universiteti ilə Ankara Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Ankara Yıldırım Beyazıt Universiteti və Yüksek İhtisas Üniversitetinin birgə fəaliyyəti nəticəsində baş tutmuş bu tədbirə ümumən 7 ölkədən və 45 universitetdən 300-ə yaxın tədqiqatçı qatılmışdır. Qeyd etmək lazımdır ki, Konqresə dəvət alındıqdan sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasında gərgin hazırlıq mərhələsi başlanmışdır.

 Kafedrada çıxışların dəfələrlə müzakirəsi aparılmış, tədqiqatçılar kafedranın rəhbəri, professor V.B.Şadlinskinin dəyərli məsləhət və tövsiyələrini böyük diqqətlə dinləmiş, onun birbaşa göstərişləri ilə tədqiqatlarını daha da təkmilləşdirmişlər. Qeyd etmək lazımdır ki, Covid-19 pandemiyasının yaratdığı problemlər fonunda, onlayn üsulla keçirilən Yaz semestri dövründə də böyük zəhmətlə çalışan kafedra əməkdaşlarının Beynəlxalq Konqresə hazırlığı davam etmişdir. Konqres Yüksek İhtisas Universitetinin professoru Rabet Gözilin, Ankara Universitetinin professoru İbrahim Tekdemirin, Yüksek İhtisas Universitetinin rektoru professor doktor Mustafa Paçın və Kappadokiya Universitetinin rektoru Hasan Ali Karasarın giriş sözləri ilə açılmışdır. 4 gün ərzində baş tutan Konqres işini 29 bölmədə davam etdirmişdir. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşlarından professor G.A.Hüseynovanın (mövzu: “Axacağı S-şəkilli əyrilik əmələ gətirən
sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri”), dosent S.M.Rüstəmovanın (mövzu: “Tirositlərin həyati və ölümdən sonrakı deskvamasiyasının morfoloji
xüsusiyyətləri”), baş müəllim G.E.Kərimzadənin (mövzu: “Üz sinirinin yanaq şaxəsinin topoqrafiyası”) çıxışları diqqətlə dinlənilmiş və birmənalı surətdə Azərbaycan Tibb Universitetinin, onun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının uğuru kimi qarşılanmışdır. Dünyanı sarmış Covid-19 pandemiyası ilə mübarizədə qalibiyyətin astanasında olan, cəbhədə düşmənə Ali Baş Komandan Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sarsıdıcı zərbələr endirən xalqımız hər bir zaman öz Rəhbərinin elmə və təhsilə qayğısını duymuşdur. 

Prezident İlham Əliyev qürurla və vüqarla "Sivilizasiyaların qovuşuğunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynayıb, mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qoruyub saxlaması işinə misilsiz töhfələr veriblər" demişdir. Bəli, bu gün alim və müəllimlərimiz beynəlxalq səviyyəli elmi tədbirlərdə - konqres və yığıncaqlarda ölkəmizi layiqincə təmsil etməklə yurdumuzun inkişafı işinə öz töhfələrini verməkdədirlər. Azərbaycan Tibb Universitetinin, bu böyük ali təhsil müəssisəsinin ən qabaqcıl kafedralarından olan İnsan anatomiyası və tibbi terminologiya kafedrasının belə bir tədbirdə uğurlu iştirakı Azərbaycan tibb elminin, onun parlaq nümayəndəsi olan Əməkdar elm xadimi, professor V.B.Şadlinskinin və rəhbərlik etdiyi kollektivin qələbələrindəndir.
  • Нравится
  • 0
  • Hgbdzd
  • 28-11-2022, 11:13
  • : 11:13
order levaquin 500mg for sale levaquin 250mg brand
действия
Şou Biznes