Kafe restoranlar sabahdan bu qaydada işləyəcək
- 07.09.2020, 13:59,
- Sosial
- Baxılıb: 364
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan Azərbaycanda növbəti dəfə karantin rejimi yumşaldılacaq.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilib.
Belə ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.