Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı — RƏSMİ
- 15.08.2020, 14:51,
- Sosial
- Baxılıb: 343
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırkı göstəricilərə görə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti bərpa oluna bilər”, - deyə o qeyd edib.