Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.