ATV telekanalının Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı işdən ayrılıb.
Bu barədə jurnalist özü “Facebook” səhifəsində məlumat verib.
“Əziz dostlar. Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm”,- deyə o, qeyd edib.
N. Sadıqlı bu addımı səhhətində yaranan problemlərə görə atdığını vurğulayıb.
“Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik”.