Hər il ənənəvi olaraq müxtəlif tədbirlərdə bir araya gələn və konsertlər verən TÜRKSOY ölkələrinin sənətçiləri pandemiya səbəbindən ertələnən “Türk dünyası mədəniyyət paytaxtı-2020”nin açılış tədbirində çıxış edə bilmədikləri üçün virtual bir layihəyə imza atıblar.
Tanınmış musiqiçilərin iştirakı ilə Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə klip hazırlanıb. Layihədə 10 ölkədən 18 musiqiçi iştirak edib. Layihənin icrası TÜRKSOY-un Ankaradakı qərargahından distant yolla təmin olunub.
Qeyd edək ki, Xivə şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılışı mart ayının sonlarına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən təxirə salındı.