Bakıda karantində saxlanılan şəxs yoxdur — RƏSMİ

  • 05.03.2020, 13:46,
  • Səhiyyə
  • Baxılıb: 422
Bakıda karantində saxlanılan şəxs yoxdur — RƏSMİ


“Bakı şəhərində karantində saxlanılan şəxs yoxdur”.
Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, Bakı sakinləri arasında azsaylı şəxslər yüksək qızdırma ilə təcili tibbi yardıma və Kliniki Tibbi Mərkəzə müraciət edirlərsə, müayinə olunurlar. Onların arasında heç bir müsbət cavab qeydə alınmayıb:

“Karantində olan vətəndaşlar əsasən, İran-Azərbaycan sərhədini keçən vətəndaşlardır. Onlar səfirlik vasitəsi ilə xüsusi dəhlizlə keçirilir. Ölkənin başqa regionlarında da vətəndaşlar yoluxma olub-olmadığını öyrənmək üçün özləri müraciət edə bilər və karantinə alına bilərlər. Onların sayı azdır”. 

Y.Qarayeva bildirib ki, koronavirusa yoluxmuş və ya karantində saxlanılan şəxslərə baxan tibb personalı hər şeylə təmin olunur:

“Onlar üçün lazım olan hər şey alınıb və alınacaq”.

Şöbə müdiri qeyd edib ki, sərhəd-keçid məntəqələrində məhdudiyyət müddətinin uzadılması ilə bağlı dəqiq nə isə demək mümkün deyil:

“Bu, vəziyyətin gedişatından asılıdır”.
Şou Biznes