Aslan Usubov: Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur

  • 29.10.2020, 14:12,
  • Səhiyyə
  • Baxılıb: 967

Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan UsubovÜmumdünya qlobal böhranına çevrilmiş Covid-19 pandemiya hadisəsi xalqları və ölkələri gözlənilməz bəlaya düçar etmişdir. İnfeksiyanın yayılmasının qarşısı-nın alınması ucün vətəndaşların təhlükəsizliyinin təmin olunması, hər bir hökumətin həyata keçirdiyi məqsədyönlü və təxirəsalınmaz tədbirlərdəndir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Belə ki, Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Ölkə Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankı rəsmilərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, yüksək rəğbətlə qarşılanmışdır. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleya-sının Xüsusi Sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına xeyli təkan verəcəkdir. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcəkdir. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə Covid-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcəkdir.
Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və firavanlığı məqsədilə əhaliyə tibbi yardımın göstərilməsi sahəsində islahatlara yönəldilmiş müdrik siyasət, ölkə vətəndaşlarına tibbi yardımın və tibbi xidmətlərin yaxşılaşdırılması üzrə strateji proqram, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən operativ tədbirlər müsbət nəticəsini verib.
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər daima birbaşa Prezident cənab İlham Əliyevin nəzarətində olmuşdur. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, Covid-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.
Bu günədək ölkə ərazisində 5 modul tipli xəstəxana kompleksi istifadəyə verilmişdir. Hazırda ölkə ərazisində 5 modul tipli xəstəxana kompleksinin quraşdırılması davam etdirilir. Pandemiyaya qarşı mübarizə ilə bağlı dövlət başçısının gördüyü kompleks işlər təqdir olunmalıdır. Qeyd etməliyik ki, həyata keçirilən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyır.
Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə bir sırada Prezident İlham Əliyev həm də pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Cənab Prezident ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü maskadan istifadə etməklə, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir.
Dünyada, o cümlədən də Azərbaycanda koronovirusla mübarizənin çətin imtahanlarının yaşatdığı indiki məsuliyyətli günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlət başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmalıdır.
 
  • Нравится
  • 0
  • Qpnugq
  • 26-11-2022, 18:04
  • : 18:04
order levofloxacin 250mg generic levaquin 250mg without prescription
действия
Şou Biznes