Azərbaycanda jurnalist koronavirusa yoluxdu — Vəziyyəti ağırdır

  • 27.07.2020, 10:05,
  • Səhiyyə
  • Baxılıb: 352
Azərbaycanda jurnalist koronavirusa yoluxdu — Vəziyyəti ağırdır


Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Report xəbər verir ki, bu barədə onun oğlu bildirib. 
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib. 
Şou Biznes