Ramin Bayramlı: “Vətəndaşlarımızı çox sürətlə itirəcəyik”

  • 19.06.2020, 10:27,
  • Səhiyyə
  • Baxılıb: 356
Ramin Bayramlı: “Vətəndaşlarımızı çox sürətlə itirəcəyik”


“Model tipli xəstəxanlarımız var və hazırda 6000-ə yaxın çarpayı fondumuz mövcuddur”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 5000-ə yaxınlaşır. Sağalanlarla müqayisədə yoluxma halları üstünlük təşkil edir. Bu isə tibb müəssisələrimizin üzərinə böyük yük düşməsi deməkdir.

Ramin Bayramlı bildirib ki, təcili yardım xidməti üçün 41 avtomobil verilib və yaxın müddətdə 30 təcili yardım maşını da təhvil veriləcək: “Bir sıra ölkələrdə vəfat edənlərin sayı bizim ölkələrdə yoluxanların sayına bərabərdir. Bu gün yoluxanların sayı ilə müqayisə etsək, ölkəmizdə 2%-dək ölüm halları müşahidə edilir. Bu, düzgün verilmiş qərarın göstəricisidir. Ölkə başçısı da bildirib ki, bizim üçün əsas vətəndaşların sağlamlığının qorunmasıdır”.

Ramin Bayramlı qeyd edib ki, Almaniya, Berlin, İtaliya kimi ölkələrdə epidemiyanın artması sərt karantin qaydalarının verilməsinə zərurət yaradır: “Çində yenidən yoluxma halları hərbi rejimin tətbiq olunmasına zərurət yaradıb. Türkiyədə hətta açıq havada belə maskadan istifadə məcburi qərar kimi qüvvəyə minib. Lakin biz bu qərarları qəbul etməklə xəstəliyin dalğavari gedişatda davam etməsini təmin edə bilirik.

Amma xəstəliyin qarşısının alınması karantin rejimi ilə mümkün deyil. Bu, yalnız vaksin və ya dərman müalicəsinin tətbiqi ilə mümkün ola bilər. Hələ heç bir dövlətdə vaksinlərin tətbiqi effektli nəticə verməyib”.

O bildirib ki, tapılacaq vaksinin effekti 6 ay ola bilər: “Çox az da olsa ümid var ki, virus mutasiyaya uğrayaraq aramızdan yox olsun. Bu gün bütün dünya ölkələrinin yaşadığı həyəcanı, rəsmi olaraq bəyan etmədiyi vəziyyəti bilərək sizinlə danışırıq. Təhlükə çox ciddidir. Əks təqdirdə yoluxma halları yüksələn xətlə davam edəcək və vətəndaşlarımızı çox sürətlə itirəcəyik”.    /Teleqraf/
Şou Biznes