“Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…” — TƏBİB sədri
- 19.06.2020, 09:42,
- Səhiyyə
- Baxılıb: 356
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu gün koronavirusa qarşı peyvənd hazırlanarsa, Azərbaycan onun alınmasında ilk sıralarda olacaq ölkələrdən biridir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə çərçivəsində bütün imkanlardan maksimum istifadə edir:
“Peyvəndin hazırlanması ilə bağlı hələ heç bir dəqiq informasiya yoxdur. Vətəndaşlarımız əmin ola bilər ki, virus əleyhinə peyvənd əldə olunarsa, Azərbaycan peyvəndi əldə edən ilk ölkələrdən olacaq”.oxu.az