Azərbaycanda daha bir həkim koronavirusdan öldü — FOTO

  • 12.06.2020, 09:59,
  • Səhiyyə
  • Baxılıb: 311
Azərbaycanda daha bir həkim koronavirusdan öldü — FOTO


Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.
Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.

O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib:

“Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.


Şou Biznes